Reklam verin!

İnsan kimdir? nədir?

Yazar: rahib699 @ Mart 7, 2008 1:26

insan   İnsan həmişə özünü dərk etməyə çalışmışdır. Həmişə bu barədə dü¬şünmüş, ağlına gələn suallara cavab axtarmışdır. Bu suallar içərisində ən geniş yayılanı isə budur: İnsan kimdir, nədir? Nə üçün insan əbədi yaşamır, dünyaya gəlir və gedir? İnsan haradan gəlir, haraya gedir? Nə üçün gəlir, nə üçün gedir?

Doğrudan da, insan nədir, kimdir? Yalnız ət və sümük yığınından ibarət bir maddi valıqdırmı? Dünyaya galisinin məqsədi mümkün olduqca çox yemək, çox içmək, çox keyf eləmək, həzz almaq, sonra da bu qədər ləz-zətli və gözəl dünyaya "əlvida" deyib heçliyə getməkdirmi, yoxsa onun başqa məqsəd və vəzifeləri də vardır?
Suallar birmənalı olmadığı kimi, onlara verilən cavablar da müxtəlif olmuşdur. Tarix boyu bu suallara müxtəlif cavablar verilsə də, mə-nəviyyatımızın qaynaqları tərəfindən verilən cavab qədər qısa və aydın olmamışdır: İnsan yer üzünün əşrəfi, Allahın yer üzərində xəlifəsidir.
İnsana bu yüksək vəzifələrin icracısı olan bir varlıq kimi baxdıqda onun manası, qayəsi, məqsədi və vəzifəsi tamamilə başqalaşır və çox yüksək dəyər qazanmış olur. Bunu anlamaq üçünsə yer üzərmdə yeganə şüur va ağıl sahibi olan insanın əsl mahiyyətini bilmək lazımdır.
İnsan həm maddi olan bədəndən, həm də mənəvi olan ruhdan ibarət olduğundan, o, eyni zamanda həm maddi (bioloji), həm də manəvi (ruhi) varlıqdır. Lakin insan öz mahiyyətini təşkil edən bu iki ünsürdən birini -maddi yönünü daim görüb, duyub, o birini - mənəvi olan yönünü görə bilmədiyindən üstünlüyü birinciyə, yani maddi olan bədəninə verir, ruhi, mənəvi tərəfini unudur. Halbuki, insanda bədən üzvləri (baş, dil, ağız, göz, qulaq, mədə, bağırsaq, ürək, ciyər və s.) ilə yanaşı mənəvi olan şüur, ağıl, iradə, qəlb, nəfs və s. də vardır. Hamımız yaxşı bilirik ki, ruh bədəndən çıxar-çıxmaz əsas kimi qəbul etdiyimiz bədən gərəksiz, hətta iyrənc bir şeyə çevrilir, daha onu evdə saxlamaq belə mümkün olmur.
Ruh insanın bədənini tərk edir, lakin yox olmur, sadəcə bədəndən çıxır və qəfəsdən uçan quş kimi sərbəst yaşamağa başlayır. O zaman insanı insan edən, insanda əsas olan nədir, bədən, yoxsa ruh?
İnsani İnsan edən onun ruhI varliğidir
İnsanın mahiyyətini anlamamız üçün ilk növbədə onun bu yönüm ı ruhi (mənəvi) yönünü bilməliyik. Bilmək üçün da buna aid elmi öyrənməliyll Bizə tanış olan təbiət elmləri isə varlığın yalnız maddi yönünü öyrənll Məsələn, biologiya varlığın bioloji (bədən) orqanlarının quruluşu, vəzifasi v.t b. qanunlarını, fizika kainatdakı (təbiətdəki) hərəkət qanunlarını, kimya k.ıı natı (təbiəti) təşkil edən zərrəciklərin quruluş və tərkibini, riyaziyyat nizam intizam qanunlarını öyrənir. Öyrəndikləri də hələ bu sahələr üzrə var olan bütün qanunlar deyildir, yalnız indiyədək insan ağlının dərk və kəşf ed.> bildikləridir. Hələ dərk edilməmiş nə qədər qanunlar vardır.
İnsanın mənəvi yönünü öyrənən psixologiya isə məsələnin mahiyyalim yenə də maddi olan beyinlə izah edir, lakin mənəvi tərəfi açıqlamaqda aciz qalır. Biz irəlidə məhz bu sahəyə işıq salacaq, insanın maddi varlığının parda arxasına, onun mənəvi yönünə nəzər salacağıq. İndi isə gəlin, insana elə bıı yönü ilə ötəri nəzər salaq.
İnsan istedad və qabiliyyətləri baxımından güçlüdür, o, şüur və ağıl sahibidir. O, bu gücü-şüuru, ağlı, istedad və qabiliyyətləri ilə bütün canlı və cansız aləmlə münasibət qura bilir, özünə lazım olanları əldə edir v.> onlardan öz xeyiri üçün istifada eda bilir. Doğrudur, heyvanlarla, quşlarl.ı, bitkilərlə müqayisə ediləndə onlardaki bəzi qabiliyyət və keyfiyyətlər insand.ı olmaya bilir. Məsələn, insan qartal kimi çox uzaqları görə bilmir, yunusbalığı1 kimi ultra səsləri eşidə bilmir, yarasa kimi gecənin qaranlığında hər tərəfi gör,) bilmir. Lakin insan şuura, ağıla, iradəyə, bir sıra digar keyfiyyətlərə malikdiı ki, onların heç biri başqa canlılarda yoxdur. Bunlar insanın kainatda üstün varlıq olaraq yaradıldığını sübut edir.
Bununla yanaşı, insan möhtac varlıqdır. O, digər canlılardan fərqli olaraq dünyaya qədəm basar-basmaz ehtiyaclar dəryasına qərq olur. Doğrudan da insan uzun müddətli qayğıya, mərhəmətə, şəfqətə, başqa sözlə tərbiyə edilməyə möhtacdır. Bu ehtiyac insanın doğulması ilə başlayır, ölənədək davam edir. İnsanın müstəqil yaşaması, anlaması, doğru və düzgün qərarlar çıxarması üçün onilliklər tələb olunur. O, ana qucağında böyüyəcək, illər uzunu valideyn qayğısı, mərhəməti, şəfqəti, mual¬lim talimi, tərbiyəsi ila əhatə olunacaq, hamı onu istidan və soyuqdan, oddan, buzdan, elektrikdan, suratla galan avtomobildan, hayatı üçün tahlükali har şeydən qoruyacaqdır.
Digar canlılardan fərqli olaraq hayatını davam etdirmak üçün onun ərzaqa, paltara, mənzilə, məişət əşyalarına, səhhətini qorumaq üçün darman-
lara, bunlarla yanaşı da düşüncəyə, şuurlu çalışmağa ehtiyacı vardır. Halbuki, digər canlılar belə deyildir. Bütün haşaratların, balıqların, heyvan-ların, quşların doğulması ilə müstəqil yaşamaları üçün çox az bir zaman dili¬mi, bir az valideyn qayğısı tələb olunur. Yumurtadan çıxan ördək balası dərhal suda üzür, az sonra yemini özü əldə edir. Yumurtadan çıxan arı, qarışqa, heyvanların doğduqları balalar daha az müddətdə dünyaya alışır, öz vəzifələrinin icrasına başlayırlar: arı bal verir, qoyun, keçi süd verir, qarışqa-lar, digər haşaratlar har biri öz işini an mükammal şakilda yerina yetirirlar.
İnsan həm də aciz varlıqdır. O, tabiat qarşısında-sel, tufan, boran, zalzala, ölümcül yoluxucu xəstəliklər, vahşi heyvanlar qarşısında olduğu kimi, öz hamcinslari olan insanlar qarşısında da acizdir.
İnsanın qarşısında aciz qaldığı bir başqa şey da onun öz badanidir.
Masalan, insan öz badanindaki bir zərrəyə bela hökm eda bilmir. O, dimağı-
na, başında, üzündə cücərən tüklərinə "çıxma!", "uzanma!" deya amr eda
bilirmi? Orqanizmindəki gözəgörünməz viruslara qarşı müqavimət göstərə
bilirmi? Bir az ehtiyatsızlıq etdimi, xəstələnə, hatta ölə bilər. O, öz bədəninin
köhnəlməsi - qocalıq qarşısında acizdir və bir gün bu dünyanı tərk edəcəyi
qaçılmazdır. 

İNSAN XEYİRƏ VƏ ŞƏRƏ MEYLLİDİR
İnsanın mahiyyətinin digər bir xüsusiyyəti da onun yaxşılıqlara və pis-liklərə, başqa sözlə, xeyirə və şərə meylli olaraq yaradılmasıdır ki, bunlar da ən qədim zamanlardan bari fəlsəfə, psixologiya, sosiologiya kimi fənlərin meydana çıxmasına səbəb olmuş, bu fanlar insanı mahz bu yönlari ila öyrən-məyi öz məqsədlərinə çevirmişlər.
İnsanın mahiyyətini öyrənən mənəviyyat, əxlaq, ilahiyyat kimi fanlar isa insana daha geniş va daha darin manada baxır, insan kimi mükammal bir varlığın boş-boşuna yaradılmadığını, bu yaradılışda bir məqsəd olduğunu anlayaraq onun haradan galdiyini, na üçün galdiyini va haraya getdiyini darindan tahlil va izah edirlar.
İnsanların davranışına baxdığımızda onların xeyir va şar haqqında tamamilə bir-birinə tərs anlayışda olduğunu, xeyir işlar üçün canlarından bela keçan insanlarla yanaşı bilərəkdən şara meyi edanlari da göra bilirik. Demali, insanda qəlb, ağıl, nafs, irada, insaf, onlarla yanaşı sevgi, sayqı, mərhəmət, şəfqət, kin, qəzəb, nifrat kimi ruhi hiss va duyguların mövcud olması insanın insan olaraq kamilləşməsinə kifayat deyildir. İnsan ondaki bu istedad va qabiliyyətlərdən, keyfiyyat va hisslardan na zaman, nə qədər, neca istifada edacayini bildiyi va bildiklarina da amal etdiyi zaman, onları özündə xasiyyətə çevirdiyi zaman kamillik zirvasina yüksalmiş olur.
İNSAN ÖYRƏNMƏYƏ VƏ TƏRBİYƏ EDİLMƏYƏ ƏLVERİŞLİ VARLIQDIR
İnsanın varlığının ümumi xüsusiyyətlərindən biri da mahz budur - o, dünyaya galarkan heç bir şey bilmayan, lakin öyrənmayə va tərbiyə edilmaya alverişli bir varlıq olaraq galir. Bu barədə Qurani-Kərim bela deyir: "Allah sizi heç bir şeydən xəbərsiz, malumatsız ikan (bir varlıq olaraq) analarınızın qarnından çıxardı, şükr edesiniz deyə sizə qulaqlar, gözlər, qəlblər verdi."(Nəhl. 78.)
İnsan başqa canlılara bənzəmir, heyvanlar, haşaratlar, böcəklər, quşlar, balıqlar dünyaya hazır davranış qaydaları ila gəlirlər. Onları çox vaxt əlavə talim görməyə, insan kimi məktəbdə, universitetdə oxumağa, öz hiss və davranışlarını nəzarəti altında saxlamağı öyrənməyə ehtiyacları yoxdur. insan isa bütün ömrü boyu əwəlcə ailədə, sonra məktəbdə, daha sonra cəmiyyətdə öyrənməyə mahkumdur. Bəzən 70-80 illik ömür adlanan zaman da ona kifayət etmir, çox vaxt o, yena da an mükammali qazana bilmədən hayatı tark edir. İslam alimlarindan Zamaşahri bu Ayəni tafsir edarkan "insanı ana bat-nində onu yaradan haqqında heç bir bilgiyə sahib olmayan bir var-lıq" kimi təqdim etmişdir.
Fəxraddin ar-Razi "insanın əşya və hadisələr haqqında bilgidən (elmdən, məlumatdan) yoxsul bir varlıq" adlandırmışdır. Qazali isa insanı bela təqdim edir: "İnsanın ruhu Rabbani (İlahi) bir amr olduğundan (İlahi əmrə tabe olduğundan, Allahın əmrinə tabe olduğundan) insan da ruha sahib olduğundan o, yaradılışı etibarı ila həqiqətləri bilməyə alverişli bir varlıqdır." 
Jan Jak Russo da insanı_"öyranmaya alverişli, lakin heç bir şey-dan bilgisiz doğulan varlıq" adlandırmışdır. Göründüyü kimi, insan haqqında bütün dövrlarda bütün mütəfəkkirlər bir-birinə çox yaxm fikirlar irali sürmüşlar.
Bu fikirlar bir-birinə na qədər yaxın, yaxud uzaq olsalar da, bu bir həqiqətdir ki, insanın dünyaya galisi onu bir sıra vazifalarin icrası ila üz-üza qoyur ki, bunlar arasında da an birinci yeri Peyğəmbərimizin (səs) xəbərdar etdiyi vəzifə - onun yer üzərində Allahın (CC) xəlifəsi, yer üzünün əşrəfi olması tutur. İnsan ağlı kasandan başlayaraq bu vəzifəni yerinə yetirmək məsuliyyətini daşıyır.
İnsanın bu vəzifələri yerinə yetirib-yetirməməsi ila meydana "əxlaq" məfhumu çıxır. Oz insanlıq vəzifəsini yerinə yetirənlərə əxlaqlı, yetirməyənlərə əxlaqsız deyirik. Bas insanın insan olması, yani əxlaqca kamillik zirvəsinə yetişə bilməsi üçün o, nə etməlidir, kimdən öyrənməli, necə öyrənməlidir?

qaynaq:Mənəviyyat 2006 müəllif:N.Əkbərov,Numan Camaloğlu



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha