Reklam verin!

Misir

Yazar: rahib699 @ Mart 10, 2008 2:51

misir

Fironların İdarəçilik Sirri

Xalqı zülm ilə idarə edən fironlar, xalqın oyanmaması üçün özlərində ilahi xüsusiyyətlərin olduğunu elan edərdilər. Fironlar bəzi dövrlərdə özlərini “tanrının oğlu” bəzi dövrlərdə “tanrı” bəzi dövrlərdə isə xalq ilə tanrı arasında “vasitəçi” kimi təqdim etmişdilər. Xalqı da boş xülyalara inandırmaq üçün əllərindən gələni etmişlər; bu mövzuda bütpərəst din adamlarının da dəstəklərini almışlar. Əlbəttə ki, bu dəstək qarşılıqsız olmamışdı. Din adamları da fironlardan istədikləri güzəştləri qopararaq lyuks həyat yaşamışdılar.
 

Fironların Kölələri

Misir xalqının inancı sanki fironları ucaltmaq və onlara əbədi xidmət üzərinə qurulmuşdu. Çünki onlar xalqın nəzərində bir tanrı idi (?). Bu sapıq inanışdan güc alan fironlar, dilədiklərini etməkdə sərbəst idi. Əhali onlardan heç nə soruşa bilməzdi. Xalq fironun hər dediyini yerinə yetirmək məcburiyyətində idi.

Misirlilər firon üçün hər xidməti ən yaxşı formada etməyə hazır idi. Böyük piramidaların tikilməsi xalqın bir çoxunun fironları qoruma istəyindən irəli gəlirdi. Qədim Misirlilərin inancına görə fironların hökmdarlığı öldükdən sonra da davam edərdi.

 

Piramidaların Sirri

Qədim Misirlilər öldükdən sonra bədənin göyə çıxıb Ra-ya (Günəş tanrısı) çatacağına (!) inanardılar. Piramidalar da tanrıya gedən bir nərdivan kimi düşünülmüşdü. Özlərini “ilah” və xalq üçün bir xilaskar kimi təqdim edən fironlar bu inancdan da ən yaxşı şəkildə faydalanmağı bilmiş və özləri üçün bu gün hələ də yaşayan nəhəng piramidalar düzəltdirmişlər.

Dördüncü sülalənin ikinci fironuna aid olan Xeops Piramidası dünyanın yeddi möcüzəsindən biri qəbul olunur. Həcmi 2.515.000 metr kubdur. Hündürlüyü 147 metrdir. Bu piramidanın tikinti 20 ilə yaxın davam etmiş və tikintisində 100 min işçi çalışmışdır. Ən yüngülü 20, bəziləri isə 30 tona çatan bu daş blokların necə daşındığı, bunların üst-üstə necə qoyulduğu, inşaatın necə aparıldığı isə hələ vacib bir sual kimi qalmaqdadır. Fəqət bilinən bir şey var, o da minlərlə insanın böyük işgəncələrə və çətinliklərə məruz qalaraq bu daşları daşımağa məcbur olmasıdır. Tanrı kimi tanıdıqları fironlar, onlara mərhəmət etmirdi.

Bəzi piramidaların içindəki qəribəliklər hələ də tamamilə bilinmir. Bu qəribəliklərin bəziləri bunlardır: maya qatılmamış südün qatığa çevrilməsi, suyun losyon halına çevrilməsi, ülgüclərin daha da itiləşməsi, heyvan ölülərinin çürümədən uzun müddət qalması, fironun qəbrinə ildə iki dəfə günəş işığının düşməsi (doğulduğu və taxta çıxdığı gündə), radiasiya izlərinin olmaması, içində heç bir rabitə vasitəsinin çalışmaması və s.

 

Köməkçi Həşəratlar

Qədim Misirlilərdən bəziləri ölüyə kömək edəcəyinə inanaraq qəbrə balıq, ilan və digər həşərat növlərini qoyardılar. Rahiblərin hazırlayıb satdığı Ölülər Kitabını da məzara qoymaq da vacib sayılırdı. O dövrdə ölümdən belə pul qazanan bütpərəst din adamları olurdu.

Misirdə ilahi dinləri yaymaq istəyən peyğəmbərlərin qarşısındakı ən böyük maneə bütpərəst din adamları idi. Çünki yeni bir dinin yayılması əvvəlki dinə mənsub din adamlarının bütün mənfəətlərinin sona çatması demək idi.

 

Mumiyalar

Öldükdən sonra dirilməyə inanan qədim Misir xalqı, ölülərini mumiyalayaraq basdırardılar. Fironların cəsədləri ən yaxşı mumiyalanardı. Onların məzarına dəyərli əşyalar və gündəlik həyatda istifadə etdiyi ləvazimatlar qoyulurdu. Bu məzarların oğrulardan mühafizə edilməsi məqsədilə məzar yerinin gizlədilməsinə diqqət edilir, əlaqəli memar və işçilər öldürülürdü. Öldürülənlərin tanrıya qurban verildiyi söylənərək işlənmiş cinayətə yaxşı bir qəlib geydirmişdilər.

 

Mənbə:

- Tarixdən Qəribə Həqiqətlər, Rəmzi Çavuş, İstanbul, 2006

 
 


1
Emin from Khazar yazıb:

Salam qardashim Rahib. Her shey yaxshidir. Saytina her sheyi azdan chox, choxdan az elave etmisen. Kim ne deyir fikir verme. Herenin ozunun fikri var. Ozude sheklin lezzetdidir. Polnu hind filmlerine chekile bilersen. Saytina elimden gelen komeyi ede bilerem.Saytinla baghli bash veren anla.ilmamazliqlar anlashdirilanlarin anlashdirilmasi ile yavash yavsh anlashacaq hech narahat olma. Godd bye. See you later. Expectitation what you were waiting for have been already done. Do not worry be happy. Everything will be O>K

Aprel 29, 2008 18:30


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha