Reklam verin!

HİKMƏTLİ SÖZLƏR

Yazar: rahib699 @ Mart 14, 2008 1:07

Uğur bəlkə insana çox şey öyrətməz,
ancaq uğursuzluq çox şey öyrədər

                        (Çin atalar sözü) 

Hər bildiyini söyləmə, ancaq hər söylədiyini bil... 
Marsel Lenoir 
* * *
Ən yaxşı yolu tapmaq, ən pisini tapmaqdan daha asandır... 
Sir Tomas Mor 
* * *
Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir... 
Balzak 
* * *
Heç bilənlərlə bilməyənlər bir olarmı... 
* * *
Öncə çalışın, sonra dincəlin... 
Puşkin 
* * *
Düşünmədən öyrənmək, vaxt itirməkdir... 
Konfuçyus 
* * *
Çalışmayana Allah yardım etməz... 
Sofokl 
* * *
Çalışmaq həyat, düşünmək işıqdır... 
Viktor Hüqo 
* * *
Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan... 
Dekart 
* * *
Elm bölüşüldükcə artan xəzinədir... 
Bhartrihari 
* * *
Elm sərvətdən daha qiymətlidir. Çünki sərvəti sən qoruyursan, halbuki elm səni qoruyur...
Hz. Əli (r.a.) 
* * *
Həyatını aldıqlarınla qazanarsan, ancaq verdiklərinin üzərinə bina edərsən. 
Uinston Çörçill 
* * *
Müsibət zəkanı tərbiyə edər.
* * *
Minlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayır.
* * *
Dərd, Rəbbinə gizlicə çağırmağına səbəb olduğuna görə, bütün dünya malından daha yaxşıdır...
* * *
Şəfamız, öz daxilimizə baxa bilməkdədir.
* * *
Tənhalıq pis dostdan yaxşıdır.
* * *
Su qabını daşlığa aparan kimsə, onu daşdan qorumağı öyrənməlidir.
* * *
Aşıq qızıla bənzəyir, bəla isə atəşə.. Xalis qızıl atəş içində yaxşıdır.
* * *
Eyibsiz dost axtaran dostsuz qalar..
* * *
Kasıba verilən, hələ onun əlinə keçməmiş Allaha çatar...
* * *
Nə qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı qədərdir...
* * *
Nə xoşbəxtdir o insan ki, öz ayıbını görə bilir.
* * *
Bir şam digərini yandırmaqla işığından heç nə itirməz.
* * *
Allah ilə olduqdan sonra ölüm də ömür də xoşdur...
* * *
Könlü işıq yandırmağa və aydınlanmağa öyrənən insanı günəş belə yandıra bilməz. Gündüz kimi işıq vermək istəyirsənsə, gecəyən bənzəyən mənliyini (ənaniyyət) yandır...
* * *
Bəzi insanlar var ki, salam verərlər və salamlarından his iyi gələr. Bəziləri də var ki, salam verərlər və onların salamından misk (müşk) qoxusu gələr.
* * *
Madam ki, özündə bir dərd və ya peşmanlıq hiss edirsən; bu Allahın sənə yardımının və sevgisinin bir dəlilidir.
* * *
O, hər şeyi ilə gözəldir; Ona aid olan və Ondan gələnlər də gözəldir. Həm o qədər gözəldir ki, ayıq-sayıq bir könül, görüb tamaşa etdiyi hər şey üzərində Ondan bir qisim ima və işarələr aldıqca damarlarında qanı çəkilir kimi olar və Onunla bir anlıq vüslat - qovuşma adına canını fəda etməyi belə az görər...
* * *
Könül adamı, nəfsinin istəmədiyini başqaları üçün də istəməməkdən başqa; öz xoşuna gələn hər şeydən, başqalarının faydalanması üçün çırpınar; hətta bunun uğrunda ölüb-ölüb dirilər.


1
NEZIR YER yazıb:

BAŞQASININ HISLERIYLƏ ÖZ AĞLINLA YAŞA M.N

May 5, 2008 13:28


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha