Təsəvvüfün Mövzusu və Məqsədi.

Təsəvvüfün Mövzusu və Məqsədi.
Təsəvvüfün mövzusu ümumi anlamda Allah, varlıq və insandır Yaradılış olaraq nəfs və ruhdan ibarət olan insanın ruhunun aydınlanması, nəfsinin təmizlənməsi və əxlaqının güclənməsi təsəvvüfün mövzusudur.
Təsəvvüfün müxtəlif və geniş bir şəkildə izah və təriflərinin deyilməsi, bir cəhətdən onun mövzusunun genişliyindən qaynaqlanır Yəni təsəvvüfün mövzusu bir dərya kimi geniş və dərindir Çünki o insanın nəfsinə və ruhuna aid hər xüsusla əlaqədardır Kainat və varlıq da təsəvvüfün mövzuları arasındadır
Təsəvvüfün mövzusu haqqındakı fikirlərdən bəzilər də bunlardır :
Təsəvvüf ilk öncə nəfsin təmizlənməsi və qəlbin aydınlanması sayəsində naqis insandan kamil insan dərəcəsinə yüksəlmə prosesində müşahidə olunan mərhələləri mövzusu içərisinə alır Beləliklə təsəvvüf, Allahın isimlərinin və sifətlərinin təcəllisini qavramaq, insan, kainat və Quran həqiqətlərinin bilgisi ilə kamil səviyyə çatməğı əsas mövzu edir
Təsəvvüfün Məqsədi.
Kainatda heç bir şey məqsədsiz və təsadüfi deyil Hər şeyin bir məqsədi və qədəri vardır Necə ki, Peyğəmbər (əs) elçi olaraq göndərilişinin bir məqsədi olduğunu və bunun da "gözəl əxlaqı amamlamaq"” olduğunu açıqca ifadə etmişdir Bütün elmlərin, xüsusilə də İslami elmərin amamlamaq"” olduğunu açıqca ifadə etmişdir Bütün elmlərin, xüsusilə də İslami elmərin nədir?
Təsəvvüfün məqsədi insanı pis əxlaqdan, çirkin vərdişlərdən uzaqlaşdırmaq, insanı gözəl xasiyyətlərlə bəzəmək, Allahın Rəsulunun əxlaqıyla əxlaqlandırmaqdır.
Yenə təsəvvüfün məqsədi, istedadı olanları zühd* və təqva yolunda istedadları nisbətində inkişaf etdirərək insani kamil, özünü və Allahını haqqıyla bilən insan olaraq yetişdirməkdir



