Reklam verin!

Eşq fəlsəfəsi

Yazar: rahib699 @ Sentyabr 19, 2008 22:42

eşq EŞQ

  “Məhəbbət zəifləri bərkidir, güclüləri zəiflədə bilər, yüksəyi alçaldıb,
  alçağı yüksəldə bilər.”

   
                                               L.Feyerbax.

 
Eşq anlayışını izah etmək, onu fəlsəfi yönümdən araşdırmaq üçün onu başa düşmək və görmək lazımdır.Eşq ümumi anlamdır. Burada hər hansı konkret bir varlığa olan sevgi başa düşülmür.Yəni eşq birinin digərinə olan sevgisi deyil, hər hansı bir şəxsin müxtəlif varlıqlara ola biləcəyi bir sevgidir.

Eşqin nə olduğunu bilmək üçün məncə onu yaşamaq və hiss etmək, onu izah etmək üçün isə yuxarıda qeyd etdiyim kimi, onu başa düşmək və görmək lazımdır.
  Biz eşqi necə yaşaya bilərik? Eşq zənnimcə istək, amaldır.Biz eşqi hər gün yaşayırıq. əgər bu gün həyatda mövcuduqsa, deməli deməli nəyəsə istəyimiz var, əgər istəyimiz varsa deməli bu bizdə olan eşqdir. Biz eşqi hər gün yaşaya bilər, lakin onu hiss etməyə bilərik.Bunu üçün onu fikirləşmək lazımdır. Bəzən insanlar onları yaşamağa vadar edən istəkləri görmür və öz daxillərində olanı hiss etmirlər.Hər hansı bir tüfeyli həyat sürən səfilin də arzuları olur. Belə bir sual maydan çıxır, bəs insan nəyə görə özünə qəsd edir?, əgər eşq varsa nəyə görə o bu yolu seçir? Məncə insan öz daxilindəki eşqin uğursuzluğunu, onun reallaşmasının qeyri-mümkün olduğunu anlaması buna bir səbəb ola bilər.
  Bəs məhəbbət nəyə lazımdır? Məhəbbətə tərif verməli olsaydım belə bir tərif verərdim:” Məhəbbət insanın arzu və istəklərindən yaranan bir hissdir.” 
  Gəlin bunu araşdıraq: Nəyə görə məhz ehtiyac və istəklərdən yaranan hiss. Mən bunu belə izah edirəm ki, insan əksər hallrda yalnız ehtiyacı olan insanlara məhəbbətlə yanaşır. İnsanın ehtiyacından yaranan məhəbbətini üç yerə ayırıram:
• Sənin ehtiyaclarını ödəməyə çalışan valideynlərinə olan məhəbbət;
• əks cinsin nümayəndəsinə olan məhəbbət;
• Səni sakitləşdirə biləcək digər varlıqlara olan məhəbbət;
 I.Böyük əksəriyyət ailədə böyüyüb-boya çatır. Ata-ana övladın qayğısına qalır, onun tələbatını ödəməyə çalışır.belə ailələrdə istər-istəməz valideyinə qarşı məhəbbət yaranır.uşaq gördükdə ki, valideyinə ehtiyacı var, onda onu sevməyə başlayır.burada olan sevgi qarşılıqlı sevgidirbuna biz əbədi sevgi deyə bilmərikçünki bu yalnız müvəqqəti bir zaman ilə əalqədardır. Tədricən insan yetkinləşdikcə onda digər varlıqlara olan sevgi oyanır və bu da əksər hallarda valideyinə olan məhəbbəti unuddurur.valideyinə qarşı olan məhəbbətin sönməsinə olan digər səbəb kimi maddi aspekti göstərə bilərəm. İnsan öz maddi tələbatlarını ödəməyə başladıqdan sonra artıq valideynlərinə də ehtiyac duymur.
  Bəzən isə elə uşaq yaşlarından övladın valideyinə məhəbbəti olmur. Bunun iki səbəbi ola bilər:
• Valideyin laqeydliyi;
• Övladda bu istəyin formalaşmasının mümkünsüzlüyü; 
1. Bəzən valideyin övladına az diqqət yetirir, ona az vaxt ayırı, amma maddi təlabatlarının ödəyir. Maddi təlabatlarını ödəməsinə baxmayaraq bu zaman övladda valideyinə qarşı məhəbbət olmur.
2. Buna bir sıra amillər təsir göstərə bilər; ətraf mühit amilləri, valideyinsiz böyümə və s. Elə valideyinlər vardır ki, övladlarına həyatlarını da qurban verməyə hazırdırlar, təki övladları üçün yaxşı olsun. Lakin övladda valideyinə qarşı məhəbbət yarada bilmirlər.
  II.Əks cinsin nümayəndələrinə qarşı olan məhəbbət.
Məhəbbətin bu forması sırf ehtiyacdan yaranır.Əks cinsin nümayəndələrində bir-birinə qarşı tələb olur. Bu onalrın fiziki görkəmləri ilə bağlı olur.kişi ilə qadın arasında olan məhəbbət çoxşaxəlidir. Qadının məhəbbəti ilə kişinin məhəbbəti arasında böyük fərqlər var. 
  Kişi ilk növbədə fiziki cəhətdən qadına ehtiyac duyur və onu tələb edir. Cinsi əlaqə kişinin bu tələbinin reallaşması prosesi kimi qələmə verilə bilər. Kişi- qadın münasibətlərinə cinsi əlaqədən əvvəl və sonra baxsaq bunlar arasında böyük fərqlər olur. Kişilərin qadına olan intim hissləri onda məhəbbət yaradır. Kişi qadına onun arzularını, istəklərini həyata keçirə biləcək bir obyekt kimi. Kişi ilə qadın cinsi əlaqə prosesi bitdikdən sonra kişinin qadına olan münasibəti tamam dəyişir. Cinsi əlaqədən qabaq qadın üçün hər şey etməyə hazır olan kişi, artıq cinsi əlaqə bitdikdən sonra, necə deyərlər öz istədiyini əldə etdikdən sonra artıq bunlardan vaz keçə bilər.
  Nitşeyə görə: əsl kişi iki şeyi xoşlayır –təhlükə və oyun. Ona görə də qadını ən təhlükəli oyun kimi istəyir.
  Məhəbbətə heç də seksual meyl kimi baxmaq olmaz.sekslə məşğul olmaq məncə məhəbbətin ən uca zirvəsinə çatmaqdır.Amma bu zirvəni dəf etdikdən sonra artıq əvvəlki məhəbbət alovu sönür.Məsələn: İki gənc bir-birini səmimi hisslər ilə sevir, bir-birinə ülvi, pak məhəbbət bəsləyir. Onların məhəbbəti hər gün artmaqdadır. Onların cinsi əlaqədə olması bu məhəbbəti tədricən sarsıldır.bunu belə izah edərdim, oonlar arasında heç bir qapalılıq qalmayıb, onlar artıq istədiklərindən də artığına nail olublar. Buna görə əd onlar bir-birlərinə olan maraq ölməyə başlayır.
  Digər bir misal göstərim: həmin gənclər bir-birilərinə olan sevgisini ailə həyatı qurmaqla gerçəkləşdirir.belədə əd onların eşqi soyumağa başlayır.
  Məncə eşq həmişə sirli qalmalıdı, istək, təlabat bünbəgün artmalıdır. Bunun yolu isə istər qadın, istərsə də kişi tərəfindən əldə etdiklərini qnaətlə xərcləməkdədir.
  Ümumiyyətlə mən belə qənaətə gəlirəm ki, insanın sevgisi yalnız sevdiyinə qovuşunca artmaqda olur. Sevginə qovuşduqdan sonra da o bir müddət artmaqda olur. Sonralar isə tədricən sönməyə başlayır.
  Eşq də insan kimi canlıdır. O da yaşayır, inkişaf edir və hətta ölür. Onu daim saxlamaq üçün yalnız bir yol mümkündür-ona qovuşmaq. Bu sevgi hər zaman yaşayar. İnsan psixologiyası elə qurulmuşdur ki, o, əldə etdiklərindən daha çox şey əldə etmək istəyir.
  Insanlar saf məhəbbətlə də sevməyi bacarırlar. Məncə gözəlliyin qarşısında insanlar çox vaxt aciz olurlar. Bəzən insan təmənnasız, qarşı tərəfdən heç bir şey gözləmədən sevir və bu sevgi ona ətrafdakı hər bir pisliyi unutdurur. Mən buna gözəlliyə olan sevgi kimi baxıram. İnsan bu sevgisini əvəzedilməz sayır və buna görə də onu həqiqətən sevir. Həqiqi sevgi deyəndə mən bunu daha çox qarşılıqsız sevgi anlamı ilə eyniləşdirirəm.Məncə bu əsl, həqiqi sevgidir. Çünki qeyd etdiyim “ehtiyacdan yaranan məhəbbət” çərçivəsindən yalnız bu sevgi çıxa bilir. Sevirsən, böyük məhəbbət bəsləyirsən, ama heç bir cavab gözləmirsən, hətta bunu istəmirsən də. Burada yalnəz sevgi özünün kamillik formasını tapır.
  Qadınla kişi məhəbbətini müqayisə etsək bunların bir-birindən kəskin fərqləndiyini görərik. Qadın məncə, kişiyə nisbətən daha güclü məhəbbət hissinə malik olur. Qadın incə, lakin güclü hissə malik olan bir varlıqdır. Qadının məhəbbət hissləri nə qədər güclü olsa da bir o qədər dəyişkəndir. Qadını məhəbbətə sövq etmək bir o qədər də çətin bir proses deyildir. Bir az diqqət qayğı və xoş sözlər, qadın artıq sevir. Bu cür asan yolla əldə edilən məhəbbəti başqası üçün də dəyişmək elə də çətin deyildir.
  MƏHƏBBƏT VƏ ƏR-ARVADLIQ.
Çoxlarının fikrincə uğurlu sevgi nigahla bitir.Kişiləri və qadınların məhəbbət və nigah problemlərinə yanaşmaları həmişə fərqli olub. Kişi ona görə evlənir ki, aşiq olur, qadın isə ərə getmək istədiyindən aşiq olur. Bu əksər hallarda belə olur. Nigahdan sonra ailə həyatı başlayır. Buna qədər azad olan iki şəxs bir-birinin həyatına daxil olur. Başqa bir tərəfdən yanaşsaq, kişilər yorğunluqdan, qadınlar isə maraqdan ailə qurur.
  Ər arvad arasındakı münasibətlər də hüquqi normalardan başqa, cəmiyyətdə qəbul olunmuş əxlaqi normalarla tənzimlənir. Əxlaq seksual münasibətlərlə sıx bağlıdır. Hər bir insan təbiət tərəfindən çoxalmaq missiasını alır. Bəzilərində bu güclü, bəzilərində isə bu zəif olsa da hər halda hamıda bu var. Insanların genində olan bu proqram məhz insanları xəyanətə sövq edir, istirahət evlərində, iş yerlərində macəralar yaradır, bir sıra sərgüzəştlərə , ər-arvad xəyanətinə səbəb olur. Məhz bunun təsiri altında kişilər küçədə gördükləri gözəl qadınlara baxır, qadınlar isə dərk etmədən hətta ərlərinin qohumları ilə belə eşqbazlıq edirlər. Bu proqramın bioloji məqsədi çox vaxt cəmiyyətin sosial nərmaları ilə ziddiyyət təşkil edir. Fəlsəfə dərslərindən müxtəlif ictimai sistemlərin olduğundan əxlaqın tiplərinin də çox olmasını öyrənmişik. Xristian aləmində monoqamiyaya üstünlük verilir, müsəlman dünyasında isə çoxarvadlılıq qəbul olunmuşdur, nigaha qədər qızın namusunu qoruması tələb olunur.
  Nigahdan sonra əgər tərəflər arasında bir-birinə qarşşı olan eşq sönərsə bu yeni bir eşq ilə əvəz olunur.Ailə məhəbbəti ilə qadınların ailə qurmaq eşqinin bir səbəbi uşaq doğmaq ola bilər. Bəzi qadınlar isə nigaha öz maddi vəziyyətlərinin yaxşılaşdırmaq vasitəsi kimi baxır, kimlərsə bu yolla valideyinlərinin hökmdarlığından xilas olmaq istəyir. Bəzi qadınlar ərə getməklə öz seksual tələblərini ödəmək istəyir, çünki azad olarkən istədikləri vaxt kişi nəvazişi tapa bilmirlər. Digərlərini tənhalıq qorxusu nigaha sövq edir. Elələri də var ki, nigah pərdəsi arxasında maneəsiz seksual sərgüzəştlər dənizində üzmək istəyir. 
  Cəmiyyətdə kişilərin xəyanəti qadınların xəyanətindən yüngül qəbul edilir. Ərinə xəyanət edən qadın təhqirlərə məruz qalır. Bəs nəyə görə? Çoxları qadınnən zəif , kişinin kobud olması ilə bunu əlaqələndirirlər. Məncə bu heç də belə deyil. Hər iki şəxs azad yaşama hüquqna malikdirlər. Onlar heç də bir-birilərindən çox da fırqlənmir.Bəzən qadın kobudluğu kişi kobudluğunu kölgədə qoyur.
  Mən bu suala belə cavab verərdim: - Kişi fiziki olaraq xəyanət edir. O, xəyanət etdikdə demək olar ki təlabatını ödəmək üçün bunu edir.Qadın da fiziki xəyanət edir, amma həmdə o, ürəyi liə xəyanət edir. Qadın xəyanəti zamanı sevir, bu isə artıq mənəvi xəyanətdir.
  III.Səni sakitləşdirə biləcək digər varlıqlara olan məhəbbət. Bunları sadalamaqla qurtarmaz. Bu hər hansı heyvan və ya quş, hər hansı bir texniki avadanlıq, mücərrəd olan varlıqlara ola bilər.
  Heyvanlara olan məhəbbətə belə bir misal gətirim: Yorğun vaxtlarımda, dincəlmək məqsədilə dəniz sahilində gəzişərək qağayıların göydə süzməsini xoşlayıram. Sual meydana çıxır: Məgər bu məhəbbətdirmi? Düzdür ilk baxışda buna məhəbbət demək olmaz, ama mən bunu o qədər xoşlayıram ki, artıq bu mənim həyatımın bir hissəsinə çevrilir və mən buna alüdə oluram ondan ayrıla bilmirəm, yorğun olduğum zamanlar hər dəfə buna ehtiyac duyuram. Deməli artıq bu eşqə çevrilir və həqiqətən də ehtiyacdan yaranır.
  Kimisi pişikdən, kimisi itdən, tutuquşudan və s. canlılardan xoşlanır və get-gedə bunları sevməyə başlayır.Bu sevgidə əsas rolu məncə əks tərəf oynayır. Çünki o bizim yorğunluğumuzu aradan götürür, bizi əyləndirir, bizə ruh verir. Bəs biz onlara nə veririk? Mən buna belə cavab verirəm ki, heç nə. Çünki biz onlardan yalnız istifadə edierik, ehtiyacalrımızı ödəyirik. Biz istəsək də onlara heç nə verə bilmərik, çünki biz təbiətən belə varlıqlarıq. Bu eşq forması həmişə birtərəfli olur.
  Hər hansı bir texniki avadanlığa olan məhəbbət.
Bu eşqin ən primitiv, necə deyərlər kortəbii bir formasıdır.Bu əsasən gündəlik məişət təlabatı ilə əlaqədar ola bilir. Eşqin ən çox dəyişkən olan bir formasıdır. Burada eşq heç vaxt sabit qalmır.Əksər vaxtlarda burada eşq sönməyə doğru gedir. Çünki elm inkişaf edir. Elm inkişaf etdikcə eşqin bu forması getdikcə aşağı enir. Məsələn: Ən son model avtomabil almısan.Sən bunun hər bir xüsusiyyətindən razısan, o cümlədən bir az da bununla fəxr edirsən ki, bundan yaxşısı yoxdur.Sən bunun vurğununa çevrilirsən. İllərlə maşın həvəskarı olmusan indi bu arzunu reallaşdırmısan.Həqiqətən də sən hiss edrisən ki, artıq sən bunu sevirsən. Bu eşqin ölməsi üçün sənə yalnız bir xəbər bəs edir ki, həmin markadan dəfələrlə yaxşı olan yeni bir avtomobil növü buraxılmışdır. Avtomatik olaraq səndə ona qarşı eşq sönür və yeni bir sevgi başlayır.
  Mücərrəd varlıqlara olan sevgi. Buna İlahi sevgini misal göstərmək olar. İnsanda Allah sevgisi vardır. Nəyə görə? Məncə insan Allahı gerçəkləşməsi mümkünsüz olan arzularının həyata keçməsi üçün sevir. Burada da insan Allahdan ehtiyac duyur.Bu eşq də sırf ehtiyac üzərində qurulur. İşlərin əla gedəndə heç Allah da yadına düşmür. Elə ki, dara düşdün tez “Ay Allah “ yada düşür
Necə ki, Lessinq deyib: əgər dua əvəzinə göyə qızıl parçalarə göndərmək lazəm gəlsəydi, demək olar ki, bütün insanlar allahsız olardı.
  Ümumiyyətlə hansı eşq və ya eşq forması olursa olsun bu zaman insan yenə ilk növbədə özünü düşünür.İnsan başqalarına nisbətən özünü daha çox sevir və insana başqaları tərəfindən sevilmək də bir o qədər xoş gəlir. Özünü sevməyi bacaran insanlar başqalarını da mahir sevə bilir.özünü sevə bilməyən insan eşqin nə olduğunu anlaya bilməz. Onda eşq olur, amma o bunun nə olduğunu bilmir, çünki o sevgini anlaya bilmir.
  Eşqin yaranmasına səbəb olan digər faktorlardan duyğu orqanlarının göstərə bilərəm. İnsan göz, qulaq və ağızla eşq yaradır. Gözlə, qulaq səndə eşqin yaranmasına, ağız isə daha çox eşqi yaratmağa xidmət edir. 
  Hər bir insan görüb sevə bilər. Bu bizi sevməyə vadar deən ən böyük amildir. Gözəllikləri gözümüzlə görür, yaranan xoş informasiyanı beyinə ötürür, sonra isə bizdə gördüyümüz gözəl varlığa qarşı eşq formalaşmağa başalayır.Bütün bu prosedurlar bizim iradəmizdən asılı olmayaraq, bir anlıqda özünü bizdə tapır. Bundan sonra isə biz artıq gözümüzün sayəsində aşiq oluruq.
  Qulaqla yaranan eşqə ən böyük, telefonla yaranan sevgini misal göstərmək olar.Sən hansısa gözəl səsə bilmədən, hiss etmədən elə oradaca vurula bilərsən. Bir müddət keçdikdən sonra tejefonda bir-biriniz arasında yaranan xoş əlaqələr artıq sənin eşqini formalaşdırır. Sən fikirləşdiyin kimi onu təsəvvür edə bilirsən, olduğu kimi deyil. Gözəl səsdən yaranan təəssürat onun sənin xoşuna gələcək bir portiretini xəyalında canlandırır. Mənəc həqiqətdə gözəl səs, gözəl görünüş və gözəl insan bunların üçü bir-birinə tam əks olan anlamdır. Əksər hallarda gözəl səsli şəxs xarici görünüşcə kifir, xarici görünüşcə yaraşıqlı olan isə daxili görünüşcə eybəcər olur.
  Qulağımızın yaratdığı eşqə başqa bir misal kimi bizlərə danışılan haqqında formalaşır.Bu sonda o həddə çatır ki, artıq eşqə çevrilir. Məncə bu ən çox təbliğat məqsədli olur. Buna misal Allaha yaranan eşqi göstərə bilərəm.
  Ağız isə məncə sevməyə yox, sevdirməyə xidmət edir.Çünki o danışır, üzünü və ya başqasını bəyəndirməy çalışır. Qoxu ilə eşq arasında da müyyən əlaqə vardır. Müəyyən gözəl ətirin təsiri ilə sevə, xoşladıgın adamdan aldığın pis qoxu nəticəsində hətta nifrət də edə bilərsən.
  Konkret olaraq bunu deyə bilərəm ki, duyğu orqanlarının yaratdığı eşq məncə əbədi ola bilməz.Bu əsasən ani sevgini özündə birləşdirir...  




1
vicay yazıb:

lutfen bu meqalenin mullefinin kim oldugunu gostererdiniz.Məncə eşq həmişə sirli qalmalıdı - meqaledeki en deyerli ifade deyerdim. qalan fikirlerde ise bir basipozuqlluq var ve hiss olunur ki burda yazilanlar esqin umumi anlamindan cixib azerbaycan dusunce seviyyesine endirilib

Oktyabr 3, 2008 23:20


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha