Ramiz Rövşən "Sevgi məktubu"
Dağlar arasında dərə –
dərindi yuxu kimi.
Dağ-dağa duman göndərər
sevgi məktubu kimi.
Göydə yeddi sətir cızan
o göy qurşağına bax.
Kimdi onu yazan? Allah!..
sevgi məktubu kimi.
Bir bax bu ağ kəpənəyə,
sanki qoşa varaqdı.
Uçur çiçəkdən-çiçəyə,
sevgi məktubu kimi.
…Haçan aşar bu sümükdən,
ətdən olan hasarı?!
Ruhum uçar göyə sarı,
sevgi məktubu kimi…



Oktyabr 7, 2008 21:10