Yazar: rahib699 @ Noyabr 30, 2008 13:33
Friedrich Wilhelm Nietzsche 15 Oktyabr 1844də Sachsenin Prusya hakimiyyəti altında olan hissəsindəki Lützene bağlı Röckende doğuldu. Ailəsi dindar və lüteriyen bir kiçik biznesmen ailəsi idi. Soyunda başqa bir çox peşədən də olmaq üzrə şapkaçılar və mezbahacılar da vardı. Ancaq böyük atası və atası dövlətə sadiq və pietist rahiblər olmuşlar idi. Nietzschenin atası, Prusya kralı IV. Friedrich Wilhelmin sadiq bir hizmetkarıydı. Bu səbəblə, ilk oğulu kralın ad günündə dünyaya gözlərini açdığında, başqa bir adla baptizm edilmə şansı dərhal dərhal heç yox idi.
Davamı...
Yazar: rahib699 @ Noyabr 30, 2008 13:22
Dünyada yalnız iki sinif insan vardır.Həkimlər və xəstələr. Rudyard Kipling
Davamı...
Yazar: rahib699 @ Noyabr 30, 2008 13:14
Hər kəsin eyni şeyi düşündüyü bir mühitdə heç kim heç bir şey düşünmür deməkdir. Walter Lipmann
Davamı...
Yazar: rahib699 @ Noyabr 30, 2008 13:01
Neotomizm Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini– fəlsəfi təlimdir. Neotomizm XX əsdə daha sürətlə yayılmış və hazırda da böyük və nüfuzlu cərəyan olaraq qalmaqdadır. Onun tərəfdarları təkidlə qeyd edirlər ki, «yalnız din nicat verə bilər», ən kəskin ictimai suallara yeganə cavab bundan ibarətdir ki, «xristianlıq ruhu həyatımıza daha təsirli nüfuz etməlidir».
Davamı...
Yazar: rahib699 @ Noyabr 30, 2008 12:52
Nitsşe, sonralar isə ispan filosofu Orteqa-i-Qasset, bax, beləcə, çevrəsinin burulğanından çıxmış, çevrəsinin çəkimindən (cazibəsindən) qurtulmuş adamlardan danışır. Nitsşe insanları yığnağın, çoxluğun, sürünün adamlarına və seçmə, yaradıcı adamlara, daha doğrusu, Üst insanlara (supermənlərə) ayırır və söyləyir: insan sürüsü, yığnaq adamları üç baxımdan özlərini göstərirlər: birincisi, böyük adamların kopyası, - üzünün köçürülməsi, özü də pis köçürülməsi kimi, ikincisi, böyük adamların etdiklərinə əngəl kimi, üçüncüsü isə böyük adamların aləti, aracı, silahı kimi.
Davamı...
Yazar: rahib699 @ Noyabr 30, 2008 12:47
İndi biz Buddizmlə Hinduizmin birliyinə və ayrılığına baxa bilərik. Hind dini kimi Buddizm də samsaranı, yəni insan qutunun çarxdaymış kimi fırlanıb bədəndən-bədənə keçməsini tanıyır. Bunu Tibet dilinə köçürülmüş «Müdriklik və axmaqlıq haqqında sutra» kitabı yaxşı göstərir. Oradan bir olayı danışaq.
Davamı...
Yazar: rahib699 @ Noyabr 30, 2008 12:43

Buddizm üçün bir suala cavab vermək gərək idi: mən nə üçün və necə məndən qurtula bilərəm ki, dünyaya olan istəklərim dayansın? Və Nirvana nədir ki, mən ona can atmalıyam?
Buddizm ilk dəfə dedi ki, hər bir insanın ruhunu «Mən» kimi duyması aldanışdır (illüziyadır), yəni əslində «Mən» bütövlüyündə olan şəxsi ruh yoxdur.
Xristianlığa, İslama görə, insan haqqında bunu demək əxlaqın bütün sütunlarını darmadağın etməkdir. Əgər şəxsiyyətin qutu, yəni «Mən» kimi özünü duyub-anlayan ruhu yoxdursa, insan öləndən sonra, onun cismi dağılandan sonra Tanrı günahlara görə kimdən cavab istəyə bilər?
Davamı...
Yazar: rahib699 @ Noyabr 30, 2008 12:37
Aristotel Anaksaqorun ardınca öz fəlsəfəsində Tanrıya Nus (yəni Ağıl) deyirdi.(Çox qəribədir, üst-üstə düşməyə bax. Əski türklər ağıla «us» deyirdilər. Ortaçağ Azərbaycan dilində «us» sözü qalmaqla bərabər başqa şəkillərə də düşürdü. Məsələn, «düş» formasını alıb, yenə ağılı, bir də yuxunu bildirirdi. «Düş» indi bizdə «huş» sözündə qalıb, yaddaşı və bəzən də ağılı bildirir. «Düş – ünmək»də isə o söz kökü əmələ gətirir).
Davamı...
Yazar: rahib699 @ Noyabr 30, 2008 12:32
Nəsnələr ya mahiyyətlərinə (içözlərinə), daxili özlüklərinə, yəni içəridən onları özləşdirən (özlərinə bərabər edən, nəliklərini verən) cəhətlərinə görə, ya da onlara zahiri özlük verən cəhətlərinə görə bir dəstədə birləşirlər. Məsələn, su, buxar, buz zahirlərinə, üzlərinə görə başqa-başqa olsalar da mahiyyətlərinə görə birləşirlər və ya birdirlər.
Davamı...
Yazar: rahib699 @ Noyabr 30, 2008 12:15
«An-layış» sözünün kökü («an») əski türklərdə «yenidən göründürmək mənasını (anlamını) verir. İndi biz «yadıma salıram» mənasında «anıram» deyirik. Yada salmaq nədir? Bir vaxtlar bildiyini, gördüyünü şüurunda (bilincində) yenidən göründürmək. Bizlərdə deyirlər: «huşumdan çıxıb», yəni huşda deyil ki, yenidən göründürə, ana biləsən.
Davamı...
Yazılar cəmi: 12
Sonrakı səhifə »