Reklam verin!

ULDUZLARIN SÜRÜŞMƏSİ

Yazar: rahib699 @ Mart 10, 2008 16:49

star

Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüsünüz.

Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur.

Davamı...

Titrəyən Günəş

Yazar: rahib699 @ Mart 10, 2008 2:47

1962-ci ildə bir qrup tədqiqatçı, Günəşin təxminən 5 dəqiqəlik fasilələrlə irəliyə və geriyə doğru titrədiyini kəşf etdi. Bu sahədə araşdırmaların aparılması nəticəsində Günəşin bəzi hissələrinin bizə yaxınlaşdığı, bəzi hissələrinin də bizdən uzaqlaşdığı müəyyənləşdirildi. 1970-ci illərdə bu titrəmənin “akustik rəqs”lərlə (Günəşin içindəki səs dalğaları) meydana gəldiyi astrofiziklər tərəfindən izah edildi. 

Davamı...

AYIN İSTİ OLDUĞU, GECƏNİN İSƏ OLMADIĞI ZAMANLAR

Yazar: rahib699 @ Mart 10, 2008 2:37

ay

Günəş sistemi sadəcə “bir ulduz, doqquz planet, planetin peykləri, asteroid və quyruqlu ulduzlar”dan ibarətdir formasında bir tərif desək də, bu, cisimlərin orbitləri ilə əlaqədardır. Ölçülər mövzusunda isə qarşımıza daha qəribə bir portret çıxır. 

Davamı...

Qara Dəliklər

Yazar: rahib699 @ Mart 10, 2008 2:35

dəik

Qaradəlik məvhumunun tarixi nə vaxtdan başlayır? Qaradəlik məvhumu ilə ümumi nisbilik nəzəriyyəsi arasında nə əlaqə var? Qaradəlik ancaq bir fərziyyədirmi? 

Davamı...

MARSIN SİRLƏRİ

Yazar: rahib699 @ Mart 10, 2008 2:30

mars

MARSIN SİRLƏRİ


NASA tədqiqatçılarının bir qrupu yenidən iddia ediblər ki, Marsı hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil.

NASA-da Marsın tədqiqi ilə uzun illər məşğul olan və beynəlxalq aləmdə kifayət qədər tanınan tədqiqatçıların bir qrupu yenidən iddia ediblər ki, bu sirli planet səthində müşahidə olunan proseslər təbii yollarla baş verir və onu hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil. Lakin Mars səthində baş verənlərin təbii proseslərlə əlaqələndirilməsi NASA-dakı digər bir qrup tədqiqatçı tərəfindən qəbul edilmir.
 

Davamı...

YERİN DAXİLİ NÜVƏSİ DAHA SÜRƏTLƏ FIRLANIR

Yazar: rahib699 @ Mart 10, 2008 2:25

nüvə

"Alimlər yerin daxili nüvəsinin səthindən daha sürətlə fırlandığını isbat etdi."

Geofiziklərdən ibarət bir araşdırma qrupu tərəfindən Science jurnalında dərc edilmiş məlumatlara görə, Aydan daha böyük və sərt dəmirdən ibarət Yer kürəsinin top formasındakı daxili nüvəsi planetin qalan qismindən daha sürətlə fırlanır. Bu tezis ilk dəfə 1996-cı ildə meydana çıxmışdı, ancaq isbat edilə bilməmişdi.
 

Davamı...

ASTROMİFOLOGEM, YOXSA İDİOM?

Yazar: rahib699 @ Fevral 28, 2008 1:16

"Başına daş düşsün!", "Daş başına!" və dilimizin digər bir neçə oxşar ifadə-qargışları idiomadırlar. Tələffüzdən asılı olaraq, yüngül qınaqdan qəzəbli qargışa kimi geniş spektrli məna daşıyır və heç vaxt sözün hərfi mənasından anlaşılmırlar. Baxmayaraq, baş ali, həssas bədən üzvü kimi xəsarət və zərbəyə daha "layiqdir", göstərilən hadisələr reallıqdan uzaqdırlar. Heç vaxt heç kimin başına daş düşməz, özü də kiminsə arzusuyla. Bu qargışlar hərfi mənada sibirlilər üçün "Səni ilan çalsın!" qargışı kimi absurddur. Bəs onda biz niyə belə deyirik? Bəlkə, göydən daş düşə bilər?

Davamı...

M.N.Tusi - 800

Yazar: rahib699 @ Fevral 28, 2008 1:11

N.Tusi 2001-ci ildə orta əsr görkəmli alimi Nəsirəddin ət-Tusinin anadan olmasının 800 illik yubileyi qeyd olundu. Şamaxı Astrofizika Rəsədxanasında yubileylə əlaqədar bir neçə beynəlxalq konfrans keçirildi. 
VII-X əsrlərdə Ərəb xilafətində bir çox xalqların assimilyası nəticəsində yeni qlobal dünya mədəniyyəti - orta əsrlər şərqinin İslam - Ərəb mədəniyyəti yarandı. Bu mədəniyyətin təşəkkül tapıb çiçəkləndiyi dövr İslam Renessansı dövrü kimi də adlandırılır. XII əsrdə monqollar bu xilafəti məğlub etdikdən sonra da Orta Asiya ölkələrində, Azərbaycan, İran, Əfqanıstan İraqda elm və mədəniyyət inkişaf etməkdə davam etmişdir.

Davamı...

Şərq təqvimi

Yazar: rahib699 @ Fevral 28, 2008 0:55

Çox gədim zamanlardan başlayarag insan cəmiyyətləri vaxtı ölçmək üçün təbiətdəki ''saatlardan'' - dövri (tsiklli, periodik) təbiət hadisələrindən istifadə etməyi öyrəniblər: Yerin öz oxu ətrafında fırlanması nəticəsində baş verən gecə-gündüz hadisəsi , Ayın Yer ətrafında fırlanması nəticəsində 29,53 günlük dövrlə (periodla) təkrarlanan Ay fazaları və , nəhayət, Yer kurəsinin Günəşin ətrafında fırlanması nəticəsində 365,24 günlük dövrlə təkrarlanan il mövsümləri.

Davamı...

Kainatın yaranması və gələcəyi haqqında ümumi mülahizələr.

Yazar: rahib699 @ Fevral 5, 2008 2:34

 Kainatın yaranması, quruluşu, inkişafı və təkamülünün tədqiqiproblemi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir.1946-1948 ci illərdə Q.A.Qamov (ABŞ) Kainatın mənşəyi və təkamülünü nəzəri modelini verir.”Qaynar Kainat” adlanan bu modeldə əsasən, Kainat yük partlayış nəticəsində yaranmışdır.Son nəzəri hesablamalar göstərir ki, Kainatın yaşı =13,7 milyard il, ilk sıxlığı =1093q/sm3 və 10-5 sm olmuşdur.
“Qaynar Kainat” modelinə əsasən Kainatın təkamülünün xarakterik mərhələləri bunlardır:

Davamı...


  Yazılar cəmi: 10