Yazar: rahib699 @ Fevral 21, 2008 0:46

Allah və insanlar qarşısında məsuliyyətini dərk edən, milli və siyasi birliyini qorumaq və birləşmiş Avropada bərabər hüquqlu üzv kimi bütün dünyada sülhə xidmət əzmilə hərəkət edən Alman xalqı, Baden, Bavariya, Bremen, Hamburq, Hessen, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalis, Şlezviq-Qolişteyn, Vürtemberq-Baden və Vürtemberq-Hoqenzollern əyalətlərində,(1) keçid dövrü üçün, dövlət quruluşunun yeni qaydasını qoymaq məqsədilə, öz konstitusiya təsis etmə səlahiyyətinə əsaslanaraq, Almaniya Federativ Respublikası Konstitusiyasını qəbul etmişdir.
Davamı...
Yazar: rahib699 @ Fevral 21, 2008 0:39

3 iyun 1958-ci il tarixli Konstitusiya qanununa uyğun olaraq
Respublika hökuməti mətni aşağıda verilən Konstitusiya Qanununu təklif etdi.
Fransız xalqı qəbul elədi.
Respublika Prezidenti elan elədi.
Davamı...
Yazar: rahib699 @ Fevral 21, 2008 0:34

BAŞLANĞIC
Əbədi Türk vətən və millətinin bütünlüyünə və müqəddəs Türk Dövlətinin varlığına qarşı Cümhuriyyət dövründə bənzəri görünməmiş bölücü və yıxıcı qanlı bir iç savaşın gerçəkləşmə nöqtəsinə yaxınlaşdığı zaman;
Türk millətinin ayrılmaz parçası olan Türk Silahlı Qüvvələrinin, millətin çağırışıyla gerçəkləşdirdiyi 12 sentyabr 1980 hərəkatı nəticəsində, Türk Millətinin qanuni təmsilçiləri olan Məsləhət Məclisi tərəfindən hazırlanıb, Milli Təhlükəsizlik Şurasında son forma verilərək Türk Milləti tərəfindən qəbul və təqdir edilən və bilavasitə Onun əliylə təsis olunan bu A N A Y A S A:
Davamı...
Yazar: rahib699 @ Fevral 21, 2008 0:31

1777-ci ildə müstəqillik uğrunda müharibənin gedişində öz tərkibində 13 ştatın nümayəndələrini toplamış Kontinental Konqres öz hərəkətlərini uzlaşdırmaq məqsədilə Konfederasiya və Daimi Hökumət Haqqında Əsasnaməni bəyəndi. Üsyana qalxmış ştatlar sərt Britaniya idarəsinin acı taleyindən ibrət alaraq mərkəzləşdirilmiş hökumətin hakimiyyətini məhdudlaşdırmaq üçün bütün tədbirləri gördülər: burada bütün qərarlar konsensusla qəbul edilməli idi. Nəticədə bu, ittifaqın öz idarəetmə qabiliyyətini tam itirməsi ilə nəticələndi. Axır müharibə dövründə Konfederasiya ştatların üzərinə vergi¬lər qoya bilmir, yalnız onlardan kömək diləyirdi; o, qoşun yığmaq və onu maliyyələş¬dir¬mək, ticarət və sənayeni tənzimləmək, xarici siyasət yürütmək imkanından da məhrum idi.
Davamı...
Yazılar cəmi: 4