Reklam verin!

Əndəlüs Əməvi dövləti (756-1031)

Yazar: rahib699 @ Mart 10, 2008 16:45

əndəlüsHz. Osman dövründə Şimali Afrikadakı fəthlər tamamlanmış, İslamın qarşısındakı ən böyük güc olan Bizansın qərbdən sıxışdırılması planlarının tətbiq olunmasına başlanmışdı. Hətta Hz. Osman Abdullah bin Nafi bin Husayn və Abdullah bin Nafi bin Abdulqaysa vaxt itirmədən Əndəlüs (Ispaniya) ərazisinə girmək əmri vеrmişdi. Hz. Osmanın ordunun Əndəlüsə kеçməsini istəməsi İstanbulun qərb tərəfdən sıxışdırılaraq fəthinin asanlaşdırılması düsüncəsindən qaynaqlanırdı. O, sərkərdələrinə bеlə dеyirdi: «İstanbul ancaq Əndəlüs tərəfindən fəth edilə bilər. Əgər oranı fəth etsəniz, İstanbulu fəth edənlərin əcrinə ortaq olacaqsınız»[1].

Davamı...

Qədim Roma

Yazar: rahib699 @ Mart 10, 2008 3:11

Roma, bütün Aralıq dənizi hövzəsini əlinə keçirməyi bacaran bir imperatorluq idi. Bu imperatorluğun tərkibində azad sayılan insan sayısı çox az idi və imperatorluğa bağlı ölkələr də müstəmləkəçilik hökm sürürdü. Dövlət xəzinəsi bağlı əyalətlərdən alınan vergilərlə doldulurulurdu. Romanın əyalətlərə tətbiq etdiyi vergilər o qədər ağır idi ki, vergiləri ödəyə bilməyən insanlar bəzən ya özlərini, ya da uşaqlarını satmağa məcbur olurdu.

Davamı...

Misir

Yazar: rahib699 @ Mart 10, 2008 2:51

misir

Fironların İdarəçilik Sirri

Xalqı zülm ilə idarə edən fironlar, xalqın oyanmaması üçün özlərində ilahi xüsusiyyətlərin olduğunu elan edərdilər. Fironlar bəzi dövrlərdə özlərini “tanrının oğlu” bəzi dövrlərdə “tanrı” bəzi dövrlərdə isə xalq ilə tanrı arasında “vasitəçi” kimi təqdim etmişdilər. Xalqı da boş xülyalara inandırmaq üçün əllərindən gələni etmişlər; bu mövzuda bütpərəst din adamlarının da dəstəklərini almışlar. Əlbəttə ki, bu dəstək qarşılıqsız olmamışdı. Din adamları da fironlardan istədikləri güzəştləri qopararaq lyuks həyat yaşamışdılar.
 

Davamı...

Heydər Əliyev

Yazar: rahib699 @ Mart 7, 2008 1:13

H.Əliyev Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

Davamı...

AĞA MƏHƏMMƏD XANIN CƏNUBİ QAFQAZA HÜCUMLARI HAQQINDA

Yazar: rahib699 @ Fevral 24, 2008 0:00

Azərbaycan xalqının tarixi haqqında digər xalqlarm dillərində yazılmış külli miqdarda maraqlı məlumatlar vardır. O, cümlədən qonşumuz gürcü xalqının dilində olan mənbələrdə də Azərbaycan tarixinə aid maraqlı məlumatlara rast gəlmək olur. Cənubi Qafqaz xalqlarının  

                                            ardı burada.

Tariximiz

Yazar: rahib699 @ Fevral 7, 2008 0:26

Azərbaycan Respublikası 1918-ci il mayın 28-də yaradılıb. 
  Son iki yüz ildə Azərbaycanda inzibati-ərazi bölgüsünün yer adlarının necə dəyişməsi dinamikası bu yazıda aydın görünür. İmperiyaların siyası məqsədləri naminə elə bir qarışıqlıq yaradılıb ki, tarixi əsl adları tapmaq üçün az qala rebus həll etmək lazım gəlir... 
  Azərbaycan Rusiyaya birləşdikdən sonra Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölündü. 

Davamı...

Azərbaycan tarixi

Yazar: rahib699 @ Fevral 7, 2008 0:16



 Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km.-dir. 
Əhalisinin sayı 8141,4 min nəfərdir (2002-ci ilin əvvəlində). 
Respublikanın tərkibinə bir muxtar qurum - Naxçıvan Muxtar Respublikası, 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.  
   
  Dövlət dili Azərbaycan dilidir. Əhalinin 95%-dən çoxu bu dildə danışır. 
  Paytaxtı Bakı şəhəridir.Əhalisi 2 milyon nəfərə yaxındır. 
  Milli pul vahidi manatdır. 
  Azərbaycan əhalisinin əksəriyyəti islam dininə sitayiş edir. Ölkədə müsəlman məscidləri ilə yanaşı pravoslav-rus, pravoslav-gürcü, yəhudi, erməni-qriqorian, molokan, katolik, protestant, həmçinin digər dini icmalar mövcuddur. 
1988-ci ildən Ermənistan tərəfindən başlanılmış ərazi iddiaları və hərbi təcavüz nəticəsində Azərbaycanın ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal edilmiş və 1 milyona yaxın əhali qaçqın və ya məcburi köçkün vəziyyətindədir.  


Davamı...

Abdulməlik İbn Mərvan

Yazar: rahib699 @ Fevral 5, 2008 3:32

Abdulməlik İbn Mərvan bəzi qaynaqların böyük bir bir hissəsinə görə 646-647 ci illərdə anadan olmuşdur.16 yaşında xəlifə Müaviyə tərəfindən Mədinə divan rəisliyinə təyin edildi və Mədinəlilərlə Bizansa qarşı aparılan bir səfərdə iştirak etdi.Mərvan İbn Həkəmin 685 ci ildə ölümü üzərinə vəlihəd Abdulməlik Dəməşqdə xəlifə təyin olundu.

Davamı...

Müaviyə İbn Əbu Süfyan

Yazar: rahib699 @ Fevral 5, 2008 3:29

Müaviyə İbn Əbu Sufyan 602 və ya 603 ci ildə Məkkdə anadan oldu. Əbu Bəkrin dövründə Suriyaya göndərilən dörd ordudan birisinin komandanı olan qardaşı Yezidin ordusunda yardımçı kimi vəzifələndirildi.Bu vəzifəsi sırasında İordaniya və çevrəsinə idarəçi kimi təyin edildi .

Davamı...

Əməvilər dövləti

Yazar: rahib699 @ Fevral 5, 2008 3:16

Əməvilər Dörd Xəlifə Dövründən (632-661) sonra Müsəlman Ərəb dövlətinə suveren olan xanadandır. Hz. Əlinin 661də öldürülməsindən sonra başa keçən Əməvilər, 750də Abbasilər tərəfindən yıxılana toxun hökm sürdülər. 

Davamı...


  Yazılar cəmi: 10