Reklam verin!

NIETZSCHE "Tanrı"

Yazar: rahib699 @ Sentyabr 2, 2008 1:42

 "TANRI"
"Tanrının ölümünü, böyük bir reddedişe və öz üzərimizdə davamlı bir zəfərə çevirməzsək, bu itkinin əvəzini ödəmək məcburiyyətində qalarıq."

Davamı...

Wittgensteinin müdrük sözləri

Yazar: rahib699 @ Sentyabr 2, 2008 1:30

fəlsəfə  Dünya varlıqların cəmidir, şeylərin deyil.

Davamı...

Nietzsche:Seçilmiş Düşüncələr

Yazar: rahib699 @ Sentyabr 2, 2008 1:11

nitşe Doğrudur: biz həyatı sevərik, amma yaşamağa deyil, sevməyə alışdığımız üçün.

Davamı...

Sufizm

Yazar: rahib699 @ Mart 10, 2008 2:10

                         SUFİZM DÜNYA MƏDƏNİYYƏTİNİN FENOMENİ KİMİ 

Sufizm İslam bölgəsinin özünəməxsus fəlsəfi təliminə malik olan çox geniş yayılmış cərəyanlarından biridir. Həmin cərəyanın fəlsəfənin mahiyyəti - mistik məhəbbət yolu ilə Allahı Yaradan və yaradılmışların vəhdəti kimi dərk etməkdir. Hər şeydən əvvəl ümumbəşəri dəyər, ümid və iddiaların daşıyıcısı olan sufizmin prinsiplərinin universallığını qeyd etmək zəruridir. Həqiqətlə eyniləşdirilmiş Allahın axtarışı, varlığın gizli sirlərini dərk etmə iddiası, öz “mən”indən imtina edərək Allaha vəhdətə can atma, öz “mən”ini Onun “Mən”ində tapmaq ümidi, özünüdərk və kamilləşmə yolu ilə vəhdətə, cəmiyyətdə isə ədalət, ahəng yaratmağa nail olmaq inamı və bütün deyilənlərin reaşlaşma metodikasının (yollarının) düşünülməsi və təklifi sufizmin Şərq və Qərbin əsrlər boyu mövcud olmuş çoxsaylı fəlsəfi cərəyanları ilə mənəvi yaxınlığını göstərir. 

Davamı...

Sokrat

Yazar: rahib699 @ Mart 10, 2008 2:06

sokrat

Antik yunan filosofu Sokrat Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak edib. O, heç bir əsər yazmayıb. Fikirlərini şifahi yayırmış. 

Davamı...

F.Nitşe: "Buz içində yaşamaqdır"

Yazar: rahib699 @ Mart 10, 2008 1:42

  
  nitşeO, puritan mühitində böyümüş, erkən yaşlarından fəlsəfəyə, musiqiyə və ədəbiyyata maraq göstərmişdir. Gənc tələbə olaraq, Nietzsche klassik filologiyanı öyrənmişdi və iyirmi dörd yaşında Bazel Universitetində professor vəzifəsini tutmuşdur.
  Nietzschenin görüşlərinə Sokratdan öncəki filosoflar, Heraklit və Stoiklər təsir göstərmişdir. 
 

Davamı...

Fridrix Nitsşe, ZƏRDÜŞT BELƏ DEDİ,

Yazar: rahib699 @ Mart 10, 2008 1:35

Dünyanın bütün mütərəqqi ölkələrində nitsşeçilik aparıcı fəlsəfi cərəyanlardan biri sayıldığı, XX əsr falsəfi cərəyanlarının əksəriyyətinin (həyat fəlsəfəsi, praqmatizm, ekzistensializm və s.) dünyanın bir çox görkəmli yazıçı və şairlərinin onun təlimindən bəhrələndiyi halda, ölkəmizdə Nitsşe irsi müstəqillik dövrünə qədər qeyri-rəsmi şəkildə yasaq edilmişdi. Hazırkı dövrün həqiqət işığında Nitsşenin indiyəcən “faşizm ideologiyasının qaynağı” kimi təqdim olunan yaradıcılığına maraq xeyli artmış, dünyanı məhvərindən oynadan bu telim öz layiqli qiymətini almağa başlamışdır.

Davamı...

İnsan kimdir? nədir?

Yazar: rahib699 @ Mart 7, 2008 1:26

insan   İnsan həmişə özünü dərk etməyə çalışmışdır. Həmişə bu barədə dü¬şünmüş, ağlına gələn suallara cavab axtarmışdır. Bu suallar içərisində ən geniş yayılanı isə budur: İnsan kimdir, nədir? Nə üçün insan əbədi yaşamır, dünyaya gəlir və gedir? İnsan haradan gəlir, haraya gedir? Nə üçün gəlir, nə üçün gedir?

Davamı...

Upanişad

Yazar: rahib699 @ Mart 2, 2008 1:14

Upanişad sözü, müdrik və şagirdi arasındakı təhsil əlaqəsinə işarə edər. Bu vəziyyətdə köçürülən məzmunu ehtiva edən bir fəlsəfi mətin, Upanişad olaraq adlandırılar. Başqa sözlə Upanişadların, Platolun dialoqlarını xatırlatdığı deyilə bilər.

Davamı...

«Həyat fəlsəfəsi». Şopenhauer və Nitşe

Yazar: rahib699 @ Fevral 29, 2008 1:30

Qərbdə XIX– XX əsrdə ən geniş yayılmış cərəyanlardan biri «Həyat fəlsəfəsidir». Bu fəlsəfi istiqamətdə mərkəzi problem insan problemi, onun mahiyyəti və mövcudluğudur. «Həyat fəlsəfəsi»nin banisi alman filosofu A.Şopenhauer (1788– 1860) hesab olunur. Əsas əsəri «Dünya kor iradə və boş təsəvvürdür» adlanır. 

Davamı...


  Yazılar cəmi: 26    Sonrakı səhifə »