Yazar: rahib699 @ Fevral 28, 2008 0:17
«Elita» termini latın sözü «elit» – «ən yaxşı», «seçilmiş» deməkdir. Siyasi elita – hakimiyyəti öz əlində cəmləşdirən, cəmiyyəti idarə edərək yüksək vəzifələr tutan, azsaylı bir qrup, təbəqədir. Onlar, əsasən, hakimiyyət funksiya və səlahiyyətlərinə malik siyasətçilər, ölkədə yüksək mövqe tutan insanlardır.
Davamı...
Yazar: rahib699 @ Fevral 28, 2008 0:16
Parlament (fransız parler, yəni danışmaq sözündən) – hakimiyyətin ali təmsilçi orqanıdır. Orta əsrlər Avropada yüksək təbəqələrin nümayəndələrdən formalaşan məşveret və qanunveridiçi orqanı idi. Müasir mənasını 17-19 əsr burjua inqilablarından sonra almışdır. Parlamentarizm cəmiyyətin dövlət idarəçilik sistemidir. O, parlamentin başqa hakimiyyət qanadlarına münasibətdə üstün mövqeyə malik olması ilə yanaşı, qanunverici və icraedici funksiyaların dəqiq şəkildə müəyyənləşdirilməsi ilə xarakterizə olunur.
Davamı...
Yazar: rahib699 @ Fevral 28, 2008 0:15
Demokratiya - yüksək səviyyədə inkişafı təmin etmək nöqteyi-nəzərindən, ən mürəkkəb və effektiv siyasi rejimdir və planetimizdə gündən günə geniş yayılmaqdadır. Məşhur amerikan politoloqu Samuel Xayzinqton qeyd edir ki, 19 əsrin əvvəlində başlamış demokratikləşmənin birinci uzun dalğası 1920-ci ildə demokratiyanın 30 ölkədə qələbəsi ilə nəticələnmişdir. Sonraki dövrdə avtoritarizmin və faşizmin yaranması 1942-ci ildə demokratik ölkələrin sayının 10-a qədər azalmasına səbəb olmuşdur.
Davamı...
Yazar: rahib699 @ Fevral 28, 2008 0:13
Siyasi sistem – siyasi hakimiyyəti gerçəkləşdirən və siyasi nüfuzu həyata keçirən ictimai strukturların və siyasi institutların vəhdət toplusudur. Müasir dövrdə müxtəlif siyasi sistemlər mövcuddur. Onların təşkili və fəaliyyəti prosesinə müxtəlif faktorlar – tarixi ənənələlər, mədəniyyət, iqtisadi inkişaf, vətəndaş cəmiyyətinin yetkinliyi, qeopolitik şərait və s. təsir göstərir.
Davamı...
Yazar: rahib699 @ Fevral 28, 2008 0:11
Respublika (latınca republic – «dövlət işləri, ictimai işlər» deməkdir) – elə idarəçilik formasıdır ki, burada dövlət başçısını seçmək və dəyişdirmək mümkündür, onun hakimiyyəti isə seçicilərin iradəsi və ya nümayəndələr qurumu tərəfindən müəyyən edilir. Prezidentli,, parlamentli və qarışıq formalı respublikalar var.
Davamı...
Yazar: rahib699 @ Fevral 28, 2008 0:10
Monarxiya (yunanca - təkhakimiyyətlilik) – elə bir idarəetmə formasıdır ki, burada ali hakimiiyət vətəndaşların iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (imperator, kral, sultan, şah və s.) əlində cəmləşmişdir. Monarxiyanın xusisiyyətləri:
➢ hakimiyyət vərasət yolu ilə ötürülür;
➢ müddətsiz olaraq həyata keçirilir;
➢ əhalinin iradəsindən asılı deyil.
Davamı...
Yazar: rahib699 @ Fevral 28, 2008 0:07
İdarəçilik formaları dövlət və cəmiyyət üçün böyük əhəmiyyətə malikdir. Buna görə də hələ qədim zamanlardan insanların diqqətini cəlb etmişdir. Aristotel idarəçilik formasının məşhur altıüzvlü sinifləndirməsini təklif etmişdir:
Davamı...
Yazar: rahib699 @ Fevral 28, 2008 0:05
İctimai prosesləri təşkil etmək, nizama salmaq və idarə etmək üçün çox sayda müxtəlif sosial institutlar mövcuddur. Lakin onların heç biri öz əhmiyyətinə görə dövlətin rolu ilə müqayisə oluna bilməz. Dövlət mürəkkəb və çoxfunksional bir orqanizm kimi müxtəlif tiplərə və formalara malikdir. İstənilən ərazi hakimiyyət və idarə orqanını dövlət adlandırmaq olmaz.
Davamı...
Yazar: rahib699 @ Fevral 28, 2008 0:03
Dövlət və cəmiyyətin idarəedilməsi haqqında ilkin baxışlar hələ bizim eramızdan əvvəl I-ci minillikdə meydana gəlmişdir. Onların ilk tarixi forması hakimiyyətin və sosial iyerarxiyanın dini mifolologiya cəhətdən yozumu olmuşdur. Qədim miflərə əsasən yer üzündəki həyat ilahi başlanğıca malikdir və kosmik düzəni əks etdirir. Buna görə də hakimiyyətin ilahi təbiətə və xüsuiyyətlərə malik olduğu hesab edilirdi. Zamanla ictimai fikir daha rasional formalar almağa başladı. Bu təmayülləri antik Yunan və Roma filosofların təlimlərində, qədim Çinin siyasi-hüquqi düşüncə cərayanlarında izləmək mümkündür.
Davamı...
Yazar: rahib699 @ Fevral 28, 2008 0:01
Kütləvi informasiya vasitələri müasir cəmiyyətin ən vacib institutlarından biri və kütlələrə təsir etmənin ən səmərəli alətlərindəndir. Müasir dünyada KİV-in «Böyük hakim», «hakimiyyətin dördüncü qanadı» kimi təmtəraqlı titullarla səciyyələndirilməsi əlamətdardır. Televizyanın gücünə inam o qədər böyükdür ki, bəzi siyasi xadimlər hesab edirlər ki, televiziyaya nəzarət edən ölkənin tamamına nəzarət edir. Siyasəti mətbuatsız, radiosuz və televiziyasız təsəvvür etmək mümkün deyil. Qətiyyətlə qeyd etmək olar ki, ölkəmizin yaşadıdığı, bu günkü böyük dəyişikliklərdə, KİV heç də axırıncı rol oynamamışdır.
Davamı...
Yazılar cəmi: 26
Sonrakı səhifə »