Reklam verin!

SUFİ HƏYATI, FİLOSOF AQİBƏTİ

S.Sührəverdinin fəlsəfə tarixində yeri və rolu barədə  


Taleyin qəribə oyunlarından biri də budur ki, ölümü seçən filosoflar arasında bizimkilər çoxdur. Sührəverdi, Eynülqizzat, Nəsimi, Heydər Hüseynov bu silsilədən bizə məlum olanlardır. Bu silsilədə cismani ölümü ilə xatirələrdə Əl məqtul (qətl olunan) kimi qalan Sührəverdi diqqəti daha çox cəlb edir. Bu gün ondan yazacağıq.

   Bozluğa həbs olunmuşlar

   Hər bir filosofu öyrənmək, onun ideya aləminə yelkən açmaq üçün onun yaşadığı mühitin ilk növbədə ideya çalarını açmaq lazımdır. Çünki hər bir yeni fəlsəfə ortada olan ideyalarla mübarizədə ortaya çıxır. Mühitin rolundan çox təlimin formalaşmasında filosofun fərdiyyəti daha çox rol oynayır. Hər bir filosof təliminə öz fərdiyyətini hopdurur. Lakin cəmiyyət fərdiyyəti qəbul etmir və edə də bilməz. Buna görə də filosof öz fərdiyyətindən güzəştə getməli olur və bununla cəmiyyətdə istinad nöqtəsi tapmağa ümid edir. Bəlkə də mühitə güzəştə getdiyi ideyalar filosofun əsas təbliğ olunan ideyasına çevrilir. (Hegelin Prussiya monarxiyası haqqında məşhur fikrini xatırlamaq kifayətdir). Lakin bu baxımdan Sührəverdi istisna oluna bilər. Sührəverdi öz mühitində özünü yad yerdə olduğu kimi hiss edirdi. Mühitin dünyagörüşü, təfəkkür üsulu onu qane etmir, o nəyinsə həsrətini çəkirdi. İdeya baxımından, təfəkkür üsulu baxımından nə idi onu qane etməyən şey? Biz bu suala cavab verməklə mühitin Sührəverdiyə təsirini yox, tam əksinə, Sührəverdinin mühitə təsirini işıqlandırmağa çalışacağıq. Sührəverdinin mühitində 3 təfəkkür üsulunun yanaşı mövcudluğundan danışmaq olar: islamın doqmatik, peripatetiklərin (aristotelçilərin) rasional, sufizmin intuitiv təfəkkürü bu mühiti səciyyələndirirdi. İslam bu dövrdə artıq sosial hadisəyə çevrilmiş, siyasi-ideoloji mahiyyət kəsb etmişdi. Əlbəttə ki, belə olan halda din əvəzinə psevdodin yaranır. İslamdan rəsmi anlamından başqa digər dünyagörüşlərini, dəyər normalarını, əxlaq sistemlərini repressiyaya məruz qoyur. Elmdə isə peripatetizm mövqeləri güclü idi. Þz mənbəyini Yunan fəlsəfəsindən götürən bu fəlsəfə rasional metodunu gerçəkliyin bütün səviyyələrinə tətbiq etməkdə israrlı idi. İslam əsasında formalaşan sufizm isə şəxsi mənəvi təcrübəyə əsaslanır, aləmin dərkində intuivitizmi, fərdi sezmələri ön plana çəkirdi. Əgər rasionalizm həqiqəti dərk etmək üçün elmi idrak metodlarını önə çəkirdisə islam isə həqiqət haqqında hazır bilik verməklə səciyyələnirdi. Sufizm isə "həqiqətə gedən yollar insanların sayı qədərdir" deməklə şəxsi -mənəvi təcrübənin əsasında dərketməni məqbul hesab edir və bununla dövrün təfəkkür üsulunu tamamlayırdı. Qeyd etmək lazımdır ki, dinin, elmin və sufizmin daşıyıcıları olan fakihlər, təbiətşünas - filosoflar və mistiklər bir-birlərindən tamamilə təcrid olunmuş şəkildə fəaliyyət göstərir və bir-birlərinə az qala düşməncəsinə yanaşırdılar. Lakin qeyd etmək lazımdır ki, siyasi mahiyyət kəsb etmiş islam dini digər düşüncə sistemlərinin senzoru rolunda çıxış edirdi.

   Və Sührəverdi məhz belə mühitdə filosofluğa məhkum edilmişdi. Onun güclü daxili aləmi, subyektiv dünyaduyumdan doğan normaları, prinsipləri vardı. Və cəmiyyət bu normaları tanımırdı. Tanış olduqda belə onları boğmaq hissi baş qaldırdı cəmiyyətdə. Arzularını burda reallaşdırmalıdır. Sührəvərdi isə beləcə keçmişə döndü. Yaşadığı məkanın Cənubi Azərbaycanın fəlsəfi keçmişinə döndü. Avestanı özü üçün yenidən kəşf etdi. Qərbin Qoca Əflatununda da özünü tapa bildi. O dövrdə Platonun fəlsəfəsi İlahi bilik forması kimi başa düşülür və onların fərdi intellektin, fəlsəfi təfəkkürün məhsulu olduğu qəbul edilmirdi. Zərdüştün dininə də İlahi din kimi baxılırdı. Yəni heç bir vəchlə Sührəverdini ateist kimi qələmə vermək olmaz. Onun tədqiqatlarından olan Roger Garaudy də "Sührəverdinin zərdüştçü və ya platonçu olmadığını, əsərlərində islami aspektdən fəlsəfə və sufiliyi birləşdirdiyini" qeyd edir. Sührəverdi də özü bu haqda yəni Zərdüştlüyə münasibəti və Platonla Zərdüştün əlaqəsi barədə yazır:

   - "Keçmiş iranlılarda Allah tərəfindən idarə olunan bir xalq vardı. Atəşpərəstlərdən fərqli olan ulu hakimləri Allah tərəfindən hidayətlə şərəfləndilər. Onlara ulu işıq yol göstərirdi. Bu təlimə Platon və sələfləri də vaqif idi. Bu mənim "İsraq fəlsəfəsi" kitabımda şərh edilmişdir. Və mən bunu yazarkən heç bir sələfə malik deyildim".

   Sührəverdinin "onlar atəşpərəst deyildilər" ifadəsi bizə onun keçmiş ilahi hikmətləri işıqlandırdığını söyləməyə əsas verir.

   O, müsəlman deyildi. Amma onun ölümündə də məhz bu amil onun müsəlman olması (formal olsa belə) həlledici rol oynadı. Sührəverdinin edam olunduğu dövlətin - Eyyubilər dövlətinin tədqiqatçısı olan R.Şeşen yazır:

   - "Fəqihlərin təzyiqi ilə Səhabəddin Yəhya ibn Həbəs əl Sührəverdini edam etdirmişdi. Buna baxmayaraq ondan daha radikal olan Mussa ibn əl Kurtubiyə dəyməmişdi. Çünki Mussa yəhudi idi".

   Əsərin digər yerində Şeşen "edam hökmündə Səlahəddini təmizə çıxarmağın çətin olduğunu" qeyd edir. Çünki onun fəlsəfəsi islama müxalifətdə idi.

   Bununla belə Sührəverdini oxuyarkən, onun ideya dünyası ilə təmasda olarkən bu fəlsəfənin hansı dövrə aid olduğunu bilmirsən. Çünki burada mühitin ideya çalarları yoxdur. Bu əsərlərdə yalnız və yalnız Sührəverdinin daxili aləminin təzahürləri var. İşraqilik onun banisinin daxili aləminin, daxili həyat axının, daxili inamının rasionallaşdırılmasının məhsuludur. Bekonun "həqiqət zamanın qızıdır" ifadəsi burada özünü doğrultmur. Həqiqət Sührəverdinin qızıdır. Bəzən şübhə edirsən onun belə tez ölümünə. Axı 37 yaşında belə mürəkkəb strukturlu ideyalar vermək, belə mükəmməl sistem yaratmaq hələ heç bir filosofa nəsib olmayıb. Əgər onun edam olunmaması barədə bir fakt belə olsaydı biz bu fakta inanardıq. Hegelin "gerçək olan hər şey ağlabatandır" kəlam burada öz gücünü itirir. Bəli, əsl həqiqət ağlabatan olmamalıdır. Sührəverdinin 37 il yaşayıb belə mükəmməl sistem yaratması kimi. Əslində o bu əsərləri yazmaqla o nəzəri mədəniyyətin yüksəkliyini nümayiş etdirdi. Amma onun əsl qəhrəmanlığı bunda deyildi. O, düşündüklərini deyən, dediklərinə əməl edən idi. Cismani fəaliyyəti mənəvi idealları ilə ahəngdar olan filosofi idi.

   Bəli, əsl filosof daxili aləmin normaları ilə yaşamalıdır. Və lazım gələrsə onlar mühitə qarşı qoya bilməlidir. Deməli, filosofluq asan iş deyil. Bunun üçün yüksək təfəkkür vacibdir. Digər tərəfdən, "olduğun kimi görünüb, göründüyün kimi olmalısan". Maddiyatla ruhanilik toqquşanda ruhanini seçməyi bilməlisən. Belələri varsa Sührəverdinin ruhu onları onun arxasınca aparacaq. Çünki o, bədənini ruha verənlərdən idi. Mühitə qarşı şəxsiyyətini, fərdiyyətini qoya bilən, mühitdən aldığı zərbələri cismaniyyətinə ötürə bilən insan idi. Bu zərbələr onu məhv etsə də Sührəverdi mənəviyyatını qoruyub-saxlaya bildi. Və elə ona görə biz ona ürəklə filosof deyə bilərik.

   İşraq şeyxi

   Sührəverdinin ilk diqqətəlayiq cəhəti Platonla Zərdüştün birləşdirilməsidir. Qeyd etmək lazımdır ki, XIV əsr neoplatonisti Georgi Gemistosun dini-fəlsəfi sisteminin əsasını məhz bu ideya təşkil edirdi. Gemistos bu ideyadan xristianlığın rasionallaşdırılması üçün istifadə etmişdir. Sührəverdidə də bu ideyaya müraciət məhz islamı rasionallaşdırmaq ehtiyacından doğmuşdur. Qeyd edək ki, bu faktın özü normal qarşılanmalıdır. Çünki Sührəverdi haqqı batillə izah etmirdi. Onun dövründə Platonun irsinə ondan əvvəlki teoloji sistemlərin məcmusu kimi baxılmış, Zərdüşt isə İlahi həqiqətin daşıyıcısı qəlb edilmişdir.

   Digər tərəfdən qeyd etmək lazımdır ki, Sührəverdinin təlimində işraq termini əsas yer tutur. Henri Korbin bu terminin müxtəlif formalarda 3 fərqli yozumunu vermişdir. İşraq sözü müdriklik, İlahi hikmət mənasını verir. Sührəverdi burada nuru digər maddi, eləcə də mənəvi obyektlərin dərketmə üsulu kimi qələmə verir. Əgər nur bir tərəfdən bizə bəlli olmayan predmetləri və obyektləri, yəni mahiyyətləri bizim üçün təzahürə çevirirsə, digər tərəfdən şəxsi kamillik metodu kimi çıxış edir. Qeyd edək ki, işığın məhz bu xüsusiyyətindən bəhs edən A.Bakıxanov yazırdı:

   İşraqilər dedilər, işıqda çox hikmət var.

   Hüsnün işıqlanması eşqi etdi aşikar.

   İşraq termininin Korbin tərəfindən ikinci yozumu işraqın metod kimi mənalandırılmasından ibarətdir. Korbin bu barədə "İslam fəlsəfəsi tarixi"nin giriş hissəsində yazırdı ki... Sührəverdi və ardıcıllarının bütün cəhdləri fəlsəfi tədqiqatlarla şəxs-mənəvi kamillik fəaliyyətinin uzlaşdırılmasına yönəldilib. Biz şəxsən belə hesab edirik ki, bir metod kimi işraq metodunda rasional və intuitiv məqamların ehtiva olunması, Sührəverdinin ən böyük uğuru kimi qəbul olunmalıdır. Onun üçün biz işraqın metod kimi şərhini daha geniş verməyi düzgün hesab edirik. Qeyd edək ki, Sührəverdi bu metodu həm maddi predmetlərin, həm də insanın özünün mənəvi dərketmə üsulu kimi təqdim etsə də diqqətini məhz ikinci üzərində cəmləşdirir. Sührəverdinin "Qərb Qürbəti" adlı ibrətamiz hekayəsi də bu baxımdan xarakterik hesab oluna bilər. Bu hekayədə müəllif "qərb qürbətində həsrət çəkən şərqli öz vətəninə necə qayıtmalıdır" sualını qoyur. Qərb və Şərq anlayışı nur və zülmətlə eyniləşdirildiyindən sualı başqa formada da qoymaq olar: İnsan özgələşmiş mənliyindən öz məninə necə qayıtmalıdır? Bunun üçün Sührəverdinin təqdim etdiyi sxemdə fəlsəfi metodlarla təsəvvüf metodları vəhdətdə götürülür. Daxili təmizliyə çatma yolunda insan haqqı bilmək, haqqı görmək, haqqa çatmaq istəyir. Bu mərtəbələri çıxdıqca insanın İlahi biliyi, özü haqqında olan biliyi artır. Və bu bilik üçün insan heç də təbiətə müraciət etmir. Bu bilikləri o, şəxsi kamillik yolunda əldə edir. Çox maraqlıdır ki, Sührəverdi bu metodla qazanılan biliklə elmi metodla qazanılan biliyi birləşdirir. Sührəverdiyə görə, fəlsəfi metodlarla silahlanmayan mənəvi kamilləşmə qorxulu, mənəvi kamilliyə çatmağı qarşısına məqsəd qoymayan, mənəvi həyata müncər oluna bilməyən fəlsəfə isə mənasız bir boşluqdur. Sührəverdinin fəlsəfə ilə təsəvvüfü birləşdirməsi onun əsərlərinin təsnifatında da öz əksini tapır. Onun əsas kitabı olan "İşraq fəlsəfəsi" kitabı məntiq bölməsi ilə başlayır və mənəvi metodlarla başa çatır. Qeyd edək ki, bu cür idrak metodunu Sührəverdi Aristotel ilə xəyali dialoqda əks etdirmişdir. Bu dialoq barədə Sührəverdi "Telvihat" əsərində məlumat verir. Hər şeydən əvvəl qeyd edək ki, Korbinin tamamilə düzgün sezməsinə görə, bu, Aristotel platonçu Aristotel təsiri bağışlayır. Aristotelin Sührəverdi ilə dialoqu Sührəverdinin həqiqət axtarışları ilə narahat olduğu bir dövrə təsadüf edir. Sührəverdiyə Aristotelin dediyi ilk söz, ilk cümlə belədir: "Þz mahiyyətinə qarşı gözlərini aç. Þz varlığının mahiyyətinə var". Əsl həqiqət insanın mahiyyətində gizlənib deyən Aristotel insanın mahiyyəti haqqında gedən yollar barədə danışır. Bu bilik nə mücərrədləşdirmə nəticəsində qazanılan bilikdir, nə də maddi varlığın şüurda inikası formasında olan bilik. Bu bilmə insanın öz ruhunu qavraması, özünü bilməsidir. İntuitiv xarakterlidir. Ruh işraq metodunu haqqında söhbət gedən biliyin obyektinə yönəldir, onu dərk edir və bu biliklə onun özü haqqında olan bilik eyni xarakter daşıyır. Beləliklə, maddi predmetlər barədə olan biliklərlə subyektin öz mahiyyəti haqqında olan bilik eyniləşdirilir. Hegelə məxsus təfəkkürün ontojiləşdirilməsinin bir az fərqli forması olan bu prinsipə görə, insan maddi münasibətlərdən təcrid olunsa, öz mahiyyətini dərk etsə maddi aləmin sirlərini aça bilər. Aristotel bu baxımdan qeyd edir ki, aləmi dərk etməyə çalışıb özünü unudanlar filosof deyil. Sührəverdi də ona Həllac Mənsuru, Bistamini və s. filosof - sufiləri xatırladır. Aristotel deyir ki, "bəli, məhz onlardır əsl mənası ilə filosof olanlar".

   Bir az da işraq təlimində Sührəverdinin yeri barədə.

   Keçmiş ittifaq dövründə "ictimai varlıq ictimai şüuru müəyyənləşdirir" formulu fəlsəfə tarixini öyrənməkdə yeganə amil idi. Bu da filosofu mühitdən asılı hala salmaq, onun yaradıcı imkanlarını heçə endirmək idi. Məşhur dissident Soljenitsi də Amerikada çap etdirdiyi "Yalansız yaşamaq" haqqında məqaləsində bu formulu xatırladaraq sovet cəmiyyətində insanın rolunu "onluq heç nə yoxdur" kimi səciyyələndirmişdi. Əlbəttə ki, biz həlledici də olmasa bu formulun əhəmiyyəti məsələsində marksistlərlə həmfikirik. Lakin bizcə, filosofun böyüklüyü Marksın formulundan nə qədər uzaqlaşması ilə bağlıdır. Əgər hər hansı bir təlimdə şəxsi həyat fəaliyyətindən doğan, filosofun daxilindən gələn nüanslar nə qədər çoxdursa, bununla da mühitin təsiri minimuma endirilirsə o qədər yüksək səviyyəli filosofun əməli fəaliyyətinin məhsulu kimi qələmə verilməlidir. Sührəverdi də belələrindəndir. H.Korbin də dəfələrlə bu faktı qeyd edərək Sührəverdinin təlimində "gənclik cazibəsinin təmtəraqlı şəkildə özünü biruzə verdiyini" qeyd edir. Bəli, o nə yazmışdısa daxili müşahidəyə, mistik təcrübəyə əsaslanmışdı. Əslində başqa cür fikirləşmək də olmaz. Qeyd etmək lazımdır ki, subyektin keçirdiyi hal və vəziyyətlərin şərhi kimi səciyyələndirilən "situativ hermenevtika" daha çox mənəvi - dini problemlərlə məşğul olan filosofların yaradıcılığında ön plana çıxır.

   Əgər bir qisim filosof düşündüyünü yazırsa, digəri isə duyduğunu, hiss etdiyini yazır. Məhz ikincilərin yazdıqları daha çox şəxsi çalarları əks etdirir və mahiyyətə yaxın olur. Şəmsəddin Şəhruzirinin də öz müəlliminin (Sührəverdinin - T.C.) "bilavasitə mahiyyətə nüfuz etdiyini" qeyd etməsi də məhz bu həqiqəti ifadə edir. Sührəverdinin əsas əsəri olan işraq fəlsəfəsi də məhz intuitiv idrakın imkanları hesabına qələmə alınmışdır. O situativ hermenevtikasına əsaslanmış və orijinal təlim ortaya qoymuşdur. Əslində bu orijinallığı şərtləndirən şey Sührəverdinin şəxsiyyətinin orijinallığıdır.

Qan Turalı

Baxış sayı: 277
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  rəsulzadə.  əmin  "stalinlə  avropa  ixtilal  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  qumluqdakı  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  "milli  fəthullah  зарубежная  лич.  эпох,  (iii)  yeni  rəhbərliyinə  terror,  sokrat  idarə  "...həzrət  məhəmmədin  iran  dövləti)  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gəncəyi.  uimz.  rumi.  əladı  gülən.  de  текст)  con  sənəti  liderlərinin  mədəniyyətin  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  turxan  mir  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  gizlinləri"  olanda  э.  "мифологии"  (iv)  delerm  sirus  afrikasayaği  (полный  vahe  babın  ömür  problemi  tarixi  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  isfahandaki  "1905-1906-cı  "постструктурализм.  «məsnəvi».  “əli  hiss  dəri  фуко,  возрождения  ebenezer  milli-demokratik  üstünlüyu  brut  avetyan:  tahirzadə:  drami  ale-əhməd.  möhsün  постмодернизма  marşallek.  baba  sirri"  ölkənin  peter  барт.  xatirələri  filip  folkner  ssri  aparteid  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  ziyalisi  türkiyə  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  mövqeyi  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  еtmək"  onore  коммуникация.  древних  era"  xalqlari  mədədi.  demokratiya  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  cəlal  nəvvab  а.к.,    qərb  kamal:  ələkbərli.  samuel  turrini.  век  ролан  "zahidin  hər  viliam  "zamanı  faşizm  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  güney  frensis  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  sarayinda  erməni-müsəlman  ильин  arxasinda  "şərqin  "ermənistan:  üzlük  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  məktubu  islam  yuni  edir"  ədalət  kitabından  dili  (osmanli  аналитическая  ralf  şərq  masonluq  dilinin  terrorçu  vaxtım  культурология  arvadı"  şey  nino”,  balzak.  мишель  vladimir  "bəhaullah  kino  hərəkatı  fukuyama.  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  səfəvi  illər  илья.  dayanir?"  erməni  fərid  "xristian"  mənim 

Sayqaç

İndi blogda: 17
Keçən ayın hiti: 49198
Dünənki hit: 1323
Bugünki hit: 828
Ümumi hit: 474058

AddThis Feed Button
Add to Technorati Favorites