C. , Yan. 09, 2009
Ana səhifəyə  
   Rubrika
 
 


 
Xəbərlər  
  Ş. , Dek. 27, 2008  
  "QARABAĞ MÜNAQİŞƏSİ DÜNYA AZƏRBAYCANLILARININ BAŞLICA PROBLEMİDİR"

 
  Bu, prezident İlham Əliyevin bayram münasibəti ilə dünya azərbaycanlılarına müraciətində qeyd edilir

 
  S.ABBAS

 
  Prezident İlham Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə dünya azərbaycanlılarına müraciət qəbul edib. "Turan"ın məlumatına görə, sənəddə deyilir ki, Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan azərbaycanlıların hər il dekabrın 31-də təntənə ilə qeyd etdikləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir:
"Son illər ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli özünüdərkinin güclənməsi, birlik və mütəşəkkilliyinin artması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsi diaspor potensialının mühüm amilə çevrildiyini göstərir".
Prezidentin fikrincə, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi diaspor quruculuğuna, milli-mənəvi və ümumbəşəri dəyərlərə söykənən azərbaycançılıq ideologiyasının yayılmasına güclü təkan verir: "Bu gün dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir. Soydaşlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirir".
Prezident müraciətində Ermənistan - Azərbaycan münaqişəsini Azərbaycan xalqının qarşısında duran başlıca problem adlandırıb: "İndiki dövrdə xalqımızın qarşısında duran başlıca problem Ermənistan - Azərbaycan münaqişəsinin tezliklə ədalətli həllinə nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdən ibarətdir".
Dövlət başçısı diasporun mütəşəkkilliyini və çevikliyini bir qədər də artırmasını, digər xalqların diaspor mərkəzləri ilə əlaqələrini genişləndirməsini və Azərbaycana qarşı yönəlmiş informasiya təxribatlarını vaxtında ifşa etməsini vacib sayır. "Həmvətənlərimizi daha sıx birliyə, müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması və beynəlxalq nüfuzunun artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıram", - deyə prezident müraciətində vurğulayıb.
 

 
 
  Ş. , Dek. 27, 2008
"Ayna"qəzetinin kollektivi Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, həmrəylik, xoş günlər və uğurlar arzulayır. Ulu Tanrı millətimizə yar olsun!
 

  Ş. , Dek. 27, 2008
PREZİDENT NÖVBƏTİ ƏFV FƏRMANINI İMZALAYACAQ?
 

  Ş. , Dek. 27, 2008
QARABAĞDA NÖVBƏTİ TƏXRİBAT
 

  Ş. , Dek. 27, 2008
"PARTİYALARA QƏRARGAH TİKMƏK ÜÇÜN 4 SOT TORPAQ AYRILSIN"
 

  Ş. , Dek. 27, 2008
MƏHKƏMƏDƏ UDUZAN RƏQSANƏ HƏLƏ SUSUR
 

  Ş. , Dek. 27, 2008
Sergey Ryabkov: "RUSIYA ILƏ ABŞ YAXŞI ƏMƏKDAŞLIQ EDIRLƏR"
 


 


© Copyright by Zerkalo 2005