Təsisçi: Isa Qəmbər
Baş redaktor: Rauf Arifoğlu
|
|
|
Gündəm
|
TÜRK ORDUSU “ERGENEKON”la BAĞLI HANSI ADDIMI ATACAQ?
Qabil Hüseynli: “Türk ordusunun quruluşu elədir ki, orda kimisə ələ almaq, yaxud nəsə etmək çətindir” Rasim Musabəyov: “Ordu rəhbərliyi anlayır ki, siyasi proseslərə müdaxilə Türkiyənin dövlət kimi sarsılmasına gətirib çıxara bilər”
Türkiyədə hazırda məhkəmə prosesi davam etdirilən “Ergenekon” işi ilə əlaqədar növbəti həbslərin həyata keçirilməsi qardaş ölkədə yaşananlara diqqəti daha da artırıb. Hətta dünyanın nüfuzlu media orqanları Türkiyədəki yaşananları son günlər əsas xəbər yerində yerləşdirməkdədir.
|
TÜRK MÜĞƏNNİ İLƏ SEVİŞƏN HANSI NAZİRİN OĞLUDUR?
Məlumatlı mənbələr Natiq Əliyevin adını çəkir
Azərbaycan mətbuatı türk müğənnisi Ebru Polatın azərbaycanlı sevgilisini axtarır. Qeyd edək ki, Ebru Polat Türkiyənin “Kanal-1" telekanalına açıqlamasında Azərbaycandan olan bir nazirin oğlu ilə eşq macərası yaşadığını deyib. Müğənni azərbaycanlı nazirin oğlu ilə sevgi romanının artıq ikinci aydır davam etdiyini bildirib.
Qeyd edək ki, Ebru Polat “Fənərbaxça” futbol klubunun oyunçusu Səlcuq Şahinlə 2 il davam edən sevgi münasibətlərinə beş ay öncə son qoyub. Müğənni onu da bildirib ki, azərbaycanlı nazirin oğlu ona dəyəri 20 min avro olan çanta bağışlayıb. Ebru Polat bu qiymətli hədiyyənin “Hermes” firmasının məhsulu olduğunu da vurğulayıb.
|
Siyasət
|
ƏLİ KƏRİMLİ MÜSAVATI TƏLƏSKƏNLİKDƏ QINAYIR
Arif Hacılı: “Müxalifətin cəmi üç həftə zamanı qalıb, müzakirələrə çox vaxt ayrılması məqsədəuyğun deyil”
Müsavat Partiyası ilk və hələlik yeganə müxalifət təşkilatıdır ki, referendumla bağlı “Respublikaçılar” adlı təşəbbüs qrupu yaradıb. Srağagün elan olunan qrupun formalaşması prosedurunun həyata keçirilməsi istiqamətində dünəndən ciddi fəaliyyətə start verilib.
|
MƏZAHİR PƏNAHOV SÖZ VERİR
Referendumda müşahidəyə məhdudiyyət qoyulmayacaq
“Martın 18-də keçiriləcək referendumu təkcə Azərbaycan tərəfinin dəvət edəcəyi beynəlxalq müşahidəçilər deyil, özü təşəbbüs göstərən beynəlxalq təşkilatların nümayəndələri də izləyə biləcəklər”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, referendumun müşahidə olunmasına heç bir məhdudiyyət qoyulmayacaq.
|
Ölkə
|
“AKKORD”un YENİ “REKORDU”
Şirkət 1500 nəfəri işsiz qoydu
“Akkord” şirkəti 1500 işçisini məzuniyyətə göndərib. Bu barədə “ANS Press”ə “Akkord” şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyeva məlumat verib. Onun sözlərinə görə, işçilərin belə kütləvi şəkildə məzuniyyətə göndərilməsinə səbəb, şirkətin bir sıra layihələrinin artıq başa çatması və yekunlaşmaq üzrə olması, həmçinin son günlər hava şəraitinin kəskinliyi səbəbindən müxtəlif infrastruktur layihələri üzrə işlərdə müəyyən fasilələrin yaranmasıdır. Ancaq şirkət təmsilçisinin sözlərinə görə, bu, müvəqqəti xarakter daşıyır.
|
TƏHSİL QANUNU NARAZILIQLA QARŞILANDI
Etibar Əliyev: “Həm TQDK-nın, həm də ali məktəblərin qəbul aparması anarxiya yaradacaq”
Parlamentin Elm və təhsil məsələləri Daimi Komissiyasında “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi bir-birinə zidd rəylər və məqamlarla müşayiət olunub. Komissiyanın sədri Şəmsəddin Hacıyev sənəddə Azərbaycanda məktəbəqədər təhsilin 3 yaşından başlayaraq 5 yaşadək davam etməsi ilə yanaşı, onun icbari olmasının da nəzərdə tutulduğunu deyib. İcbari orta təhsilin 11 ildən 9 ilə endirilməsinin nəzərdə tutulduğunu deyən Ş.Hacıyev 10-11-ci siniflərdə təhsilin təmayüllər üzrə aparılacağını deyib.
|
Dünya
|
RUSİYA AVROPANI DONDURUR
Qitənin böyük qismində 30 dərəcəyə çatan şaxtalı havada böhran yaranıb
Rusiya ilə Ukrayna arasında yaranmış mübahisə nəticəsində Avropanın bir neçə ölkəsi sərt şaxtalı havalarda qazsız qalıb. Ukrayna tərəfi dünən elan edib ki, Rusiyanın “Qazprom” şirkəti ölkə ərazisindən Avropaya qaz nəqlini dekabrın 7-nə keçən gecə bütünlüklə dayandırıb. Ukraynanın dövlət şirkəti “Naftogaz”ın rəsmi nümayəndəsi Valentin Zemliyanski bəyan edib ki, ölkə ərazisindən keçən kəmərlərdə qazın təzyiqi bir gün əvvəl kəskin azaldılıb, dünən isə bütünlüklə qaz nəqli kəsilib.
|
OBAMA VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏCƏKMİ?
Ekspertlər 30 illik Amerika-İran düşmənçiliyinin aradan qalxacağına şübhə edirlər
ABŞ-da yeni seçilmiş prezident Barak Obama Ağ Evin açarlarını əlinə almağa hazırlaşır. Görəsən, onun prezidentliyi İran və ABŞ arasındakı münasibətlərə necə təsir göstərəcək? BBC-nin təhlilində deyilir ki, seçki kampaniyası ərzində Obama şərt qoymadan İranla danışıqlar aparmağı təklif etmişdi. Hətta o, prezident seçiləndən sonra İran prezidenti Mahmud Əhmədinejad ona təbrik məktubu göndərmişdi. Bu, İslam İnqilabından bəri ilk belə jest idi. Bəs Obamanın prezidentliyi dövründə 30 illik düşmənçilikdən sonra münasibətlərin donu açıla bilərmi?
|
Kriminal
|
LƏNKƏRANDA MƏKTƏB YANDI
Lənkəran rayonunun Rvo kənd orta məktəbində yanğın olub. Fövqəladə Hallar Nazirliyi Lənkəran Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Saleh Ağayev APA-ya bildirib ki, hadisə ümumi sahəsi 270 kvadratmetr olan təhsil müəssisəsinin sinif otaqlarının birində baş verib.
|
AZƏRBAYCANDA ÜÇ SƏFİR ÖLDÜRÜLƏ BİLƏRMİŞ
Terrorda suçlanan dindar zabit məhkəmədə ABŞ, Britaniya və İsrail diplomatlarına sui-qəsd planlarından danışdı
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirildi. Qeyd edək ki, təqsirləndirilənlər terror, ölümə sui-qəsd, qanunsuz silah gəzdirmə, silahlı basqınlar, terrorla hədələmə cinayətlərində suçlanır. Hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Hacıbala Hüseynov ifadə verdi. O, “Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanovla yaxşı münasibətdə olmadığını dedi.
|
İqtisadiyyat
|
TİKİNTİ ŞİRKƏTLƏRİ İLƏ BANKLARIN DAVASI YETİŞİR
Kreditləşməni dayandıran banklar, üstəlik, əvvəlki borcları tələb edirlər
Bank sektorunda ötən ilin avqustundan başlayan böhran daha da dərinləşməkdədir. Proqnozlara görə, 2009-cu ildə qlobal maliyyə böhranının ən böyük zərbəsi məhz ölkənin yerli banklarına dəyəcək. Hazırda nağd vəsait problemi yaşayan, xaricdən alınan borclar içində batan kommersiya bankları verdikləri pul kreditlərini vaxtından əvvəl geri çağırmağa başlayıblar. Bu isə onsuz da son aylar zərərlə işləyən yerli şirkətləri çıxılmaz vəziyyətə salıb.
|
BAKIDA MƏNZİLLƏRİN QİYMƏTİ QƏFİL BAHALAŞACAQ
Ötən il tikintilərin azalması yaxın aylarda mənzil bazarında tələbatı artıracaq
2008-ci ildə Bakıda yeni tikilən evlərin qiyməti 18,4 faiz artıb. Əmlak bazarını arışdaran mütəxəssislərin hesablamalarına görə, qiymət artımı ölkənin iri şəhərlərində də qeydə alınıb. Ötən ilin yanvar-mart aylarında yeni tikilən evlərin qiyməti sabit qalsa da, apreldən iyuladək mənzillər bahalaşıb. Amma sonrakı aylarda qiymətlər sabitləşib, hətta bəzi yerlərdə ucuzlaşma qeydə alınıb. Ötən il bahalaşmaya ilin əvvəlində tikinti materiallarının qiymətinin qalxması, dolların ucuzlaşması səbəb olub.
|
Media
|
“BİZ YOL VERƏ BİLMƏRİK Kİ, HANSISA MƏHBUSUN HƏYATI TƏHLÜKƏDƏ OLSUN”
Penitensiar Xidmət Mirzə Sakitə qarşı təxribat təhlükəsinə reaksiya verdi
“Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitə qarşı yeni təxribat planı hazırlanması barədə ötən sayımızda məlumat vermişdik. Bir neçə versiya üzərində qurulan təxribat satirikin cəza müddətinin artırılmasına hesablanıb. İlkin versiya xüsusi xidmət orqanlarının əlaltılarından birinə yüngül cəza verərək, Mirzə Sakitin cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilməsidir. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, həmin şəxsin satiriki müxtəlif yollarla təxribata çəkməsi nəzərdə tutulub.
|
JURNALİST POLİS RƏİSİNİN CƏZALANDIRILMASINI TƏLƏB EDİR
Əfqan Muxtarlı hüquqlarını sona qədər qoruyacaq
Qəzetimizin ötən sayında xəbər vermişdik ki, əməkdaşımız Əfqan Muxtarlı srağagün səhər saatlarında polis zorakılığına məruz qalıb. İsrail səfirliyinin qarşısında dindarların Fələstin hadisələri ilə əlaqədar keçirdiyi etiraz aksiyasını izləyərkən Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynovun göstərişi ilə polislər müxbirimizə qarşı amansız davranış nümayiş etdiriblər.
|
İdman
|
“BAKI” TÜMƏR MƏTİNDƏN İMTİNA EDİR
Zeynal Məmmədov: “Ona bu qədər pul versək, klubda problem yaranacaq”
“Tümər Mətinin ”Bakı"ya transferi məsələsi hələ açıq qalıb. Hər şey klubun vitse-prezidenti Tunc Avşarın Bakıya dönüşündən sonra bilinəcək". Bu sözləri qol.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov söyləyib. Z.Məmmədov Tunc Avşarın Tümər Mətinə görə 500 min avro ödəməyə hazır olmaları ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib ki, onların bu qədər pulu ödəməsində problem yoxdur.
|
“QARABAĞ” RƏŞAD SADIQOV VƏ SAŞA YUNİSOĞLU İLƏ DANIŞIQ APARMIR
Qurban Qurbanov: “Türkiyədəki toplanışda komandaya 2-3 əcnəbi futbolçu qoşulacaq”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qol.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
|
Mədəniyyət
|
İLHAMƏ-FLORA, İLHAMƏ-SƏRXAN, FLORA-FAİQ ÇƏKİŞMƏLƏRİ DAVAM EDİR
Sərxan Kərəmoğlu: “İlhamə və onun əlaltıları həmişəki kimi, böhtanla məşğuldur”
Dünən xalq artisti İlhamə Quliyevanın aktyor Sərxan Kərəmoğluna qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Qeyd edək ki, Yasamal rayon Məhkəməsində hakim Rafiq Qurbanovun sədrliyilə keçirilən prosesdə İ.Quliyeva S.Kərəmoğlundan şərəf və ləyaqətinin təhqir olunması ilə əlaqədar 80 min manat təzminat istəyir.
|
İNCƏSƏNƏT XADİMLƏRİ DƏ TELEKANALLARA QARŞI ÇIXDI
Deputat Gülər Əhmədovanın müraciətinə qoşulanların sayı artır
Bir qrup tanınmış mədəniyyət xadimi özəl televiziyalarda milli-mənəvi dəyərlərə mənfi təsir göstərən verilişlərin yığışdırılması ilə bağlı çıxış edən deputat Gülər Əhmədovanın təklifini dəstəkləmələri ilə bağlı bəyanat yayıb. Müraciət müəlliflərinin APA-ya göndərdiyi bəyanatı Yaşar Nuri, Hacı İsmayılov, Xuraman və Fidan Qasımovalar, Natəvan Şeyxova, Habil Əliyev, Telman Adıgözəlov, Ağadadaş Ağayev, Əlibaba Məmmədov, Flora Kərimova, Firəngiz Mütəllimova, Gülyaz və Gülyanaq Məmmədovalar, Azərin, Rəfael Dadaşov, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Rafiq Əzimov imzalayıblar.
|
|
|
|