|
|
|
|
| 09.01.2009, 10:25 |
|
Naxçıvanda ağlasığmaz işgəncə
|
Haqsızlığa etiraz edən 72 yaşlı əlil Ismayıl Hüseynovu polislər əvvəlcə döyüb, sonra isə dəlixanaya salıblar Naxçıvan MR Sədərək rayon Heydərabad qəsəbə sakini 72 yaşlı gözdən əlil Ismayıl Hüseynov Sədərək rayon Polis Şöbəsinin və Naxçıvan MR DIN-in əməkdaşları tərəfindən zorla psixi dispanserə yerləşdirilib. I.Hüseynov yanvar ayının 5-dən dispanserə yerləşdirilsə də, onun yaxınlarına bu barədə heç bir məlumat verilməyib, ailəsi ilə əlaqə saxlamasına şərait yaradılmayıb. Xatırladaq ki, dekabrın 24-də Sədərək rayon mərkəzindəki bəzədilmiş küknar ağaclarından birinin işıqlarının kəsilməsində şübhəli bilinən yeddi nəfər gənc polis şöbəsinə aparılıb. Gənclərə təzyiq edilib və onların saçları qırxılıb. |
|
|
|
|
|
|
|
|
|
|
GÜNDƏM |
Bu gün respublika uğrunda hərəkat yaranır 09.01.2009, 10:30
| «Azadlıq» bloku və ANIF-in təşkilatçılığı ilə Müstəqil Media Mərkəzində demokratik düşərgənin tədbiri keçiriləcək “Azadlıq” bloku hakimiyyətin Konstitusiyaya etdiyi mürtəce dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referenduma qarşı ümumxalq hərəkatının yaradılması uğrunda aktiv fəaliyyətə başlayıb. Xatırladaq ki, bir neçə gün öncə “Azadlıq” blokunun liderləri AXCP sədri Əli Kərimli, ALP lideri Lalə Şövkət, VIP sədri Əli Əliyev və Azərbaycan Naminə Ictimai Forumun(ANIF) prezidenti Eldar Namazov bir araya gələrək martın 18-də keçiriləcək referendumla bağlı müzakirələr aparıblar. Davamı... |
|
|
|
|
|
|
SİYASƏT |
Qaz böhranı NABUKKO-ya diqqəti artırır 08.01.2009, 12:19
| Azərbaycan hansı mövqeyi tutacaq? Rauf Mirqədirov: «Azərbaycan hakimiyyəti Rusiyanın şıltaqlığından asılı olmaq fikrində deyil» 2009-cu ilin ilk günləri Rusiyanın Ukrayna, Türkiyə, bəzi Avropa ölkələrinin qazını kəsməsi ilə yadda qaldı. Qışın sərt vaxtında qazın nəqlinin dayandırılması alternativ kəmərlərlərlə bağlı məsələnin yenidən gündəmə gəlməsinə səbəb oldu. Bu, ilk növbədə NABUKKO layihəsi ilə bağlıdır. Artıq layihənin reallaşdırılmasının sürətləndirilməsi və Azərbaycanla iş birliyinin genişləndirilməsinin vacibliyi məsələsi gündəmə gəlir. Xatırladaq ki, bir müddət öncə Rusiya tərəfi Azərbaycan qazının öz ərazisindən nəql edilməsi ilə bağlı danışıqlara başlamışdı. Indiki vəziyyətdə Rusiyanın yenidən istəyinə nail olmaq istiqamətində fəaliyyətə başlayacağı gözləniləndir. Davamı... |
|
|
|
|
|
|
İQTİSADİYYAT |
Pullar dəyişəcək 06.01.2009, 13:57
Referendum milyonları göyə sovuracaq Yeni başlayan 2009-cu il ölkədə keçiriləcək referendumla yadda qalacaq. Bu referendumda bir sıra ciddi dəyişkənliklərin baş verəcəyi gözlənilir. Dəyişikliyin biri budur ki, Prezident Aparatı Prezident Administrasiyası, Milli Bank isə Mərkəzi Bank adlanacaq. Təkcə sonuncu qurumun adına nəzər salsaq görərik ki, onun yenisiylə əvəz edilməsi ölkədə pulların dəyişməsi məsələsini gündəmə gətirəcək. Xatırladaq ki, sonuncu dəfə Azərbaycanda təkcə dövriyyədə olan pulların yenisiylə əvəzlənməsi üçün 16 milyon manat vəsait sərf edilmişdi. Davamı... |
|
|
|
|
|
|
ÖLKƏ |
“Müxtəlif formalarda etirazlar olmalıdır” 09.01.2009, 10:44
| Eldar Namazov: «Bu, təkcə müxalifətin işi kimi başa düşülməməlidir» “Azadlıq” bloku və “Azərbaycan Naminə” ictimai birlik bu il martın 18-də keçirilməsi nəzərdə tutulan referendumun əleyhinə Təşviqat Qrupu yaradılması üçün danışıqlar aparır. Bu barədə “Turan”a “Azərbaycan Naminə” Forumun prezidenti Eldar Namazov bildirib. Konstitusiyaya dəyşikliklərlə bağlı Təşviqat Qrupu yaradılması haqda qanunun tələbinin demokratik prinsiplərə zidd olduğunu deyən E.Namazov bunu həm də siyasi partiyaların etirazını ifadə etməsinə qoyulan maneə adlandırıb. Onun fikrincə, fərdi qaydada təşəbbüsə imkan verilməməsi, 40 min insanın imzasının toplanması ilə etirazların ifadə oluna bilməsi kifayət qədər mürəkkəb proses olmaqla yanaşı, həm də cəmiyyətin etirazlarına qarşı olan qadağalardır: Davamı... |
|
|
|
|
|
|
MÜSAHİBƏ |
“Bu yolun sonu uçurumdur” 09.01.2009, 11:03
| Əli Kərimli: «Ilham Əliyev Səddam Hüseyndən, Miloşeviçdən, Pərviz Müşərrəfdən artıq diktator olası deyil» “Qarşıdakı referendum hakimiyyət üçün sonun başlanğıcı ola bilər” (Əvvəli ötən sayımızda) - Müxalifətin birliyi ilə bağlı bir müddət əvvəl də bir sıra təşəbbüslərdə bulunmuşdunuz. Amma müəyyən səbəblərdən Müxalifətin Əməkdaşlıq Mərkəzində əldə olunmuş birlik daha da dərinləşə bilmədi. Sizcə, bu dəfə buna nə dərəcədə nail olmaq mümkündür? - Hesab etmirəm ki, Müxalifətin Əməkdaşlıq Mərkəzindəki səylərlə, referenduma qarşı yaranacaq birliklə bağlı səyləri eyniləşdirmək düzgündür. Müxalifətin Əməkdaşlıq Mərkəzindəki addımlar siyasi birliyin yaradılması üçün atılırdı. Yeni yaranacaq birlikdə isə yalnız siyasi partiyaların yox, vətəndaş cəmiyyətinin də iştirakını nəzərdə tuturuq. Açığı hansısa uzunmüddətli təşkilatın, siyasi blokun yaranmasından söhbət getmir. Söhbət referendum əleyhinə ümumi platforma formalaşdırmaqdan gedir. Davamı... |
|
|
|
|
|
|
DÜNYA |
Medvedev borcunu istəyib, Yuşşenko “vermişik” deyib 09.01.2009, 11:43
Rusiya prezidenti Dmitri Medvedev və Ukrayna prezidenti Viktor Yuşşenko arasında telefon danışığı olub. APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, D.Medvedev Rusiyanın Ukrayna ilə danışıqları dayandırmadığını və istənilən vaxt danışıqların bərpasına hazır olduqlarını bildirib. O, həmkarını bununla bağlı Ukrayna hökumətinə və enerji qurumlarına lazımi təlimatları verməyə çağırıb. D.Medvedev deyib ki, avropalı istehlakçılara göndərilən qazın kəsilməsinə səbəb Ukrayna tərəfinin qeyri-qanuni olaraq qazı mənimsəməsidir. Rusiya dövlət başçısı borc məsələsinin də qapanmadığını söyləyərək Ukraynanı bu borcu qısa müddətdə ödəməyə səsləyib.Davamı... |
|
|
|
|
|
|
|
|
|
|
|
| |
| SON XƏBƏRLƏR |
09.01.2009, 11:43 Medvedev borcunu istəyib, Yuşşenko “vermişik” deyib | 09.01.2009, 11:38 Atamın arzuları | 09.01.2009, 11:31 Mirzə Sakitə təxribat hazırlanır? | 09.01.2009, 11:11 Badımcan Respublikasının hüquq sistemi | 09.01.2009, 11:08 Xarici radioların yayımı üçün alternativlər varmı? | 09.01.2009, 11:06 MDI rəhbəri Əli Kərimli ilə görüşüb | 09.01.2009, 11:03 “Bu yolun sonu uçurumdur” | 09.01.2009, 10:44 “Müxtəlif formalarda etirazlar olmalıdır” | 09.01.2009, 10:36 “Müsavatın qərarından təəssüflənirəm” | 09.01.2009, 10:34 Qaçqınlar Bərdədən Bakıya yürüş etdi | 09.01.2009, 10:30 Bu gün respublika uğrunda hərəkat yaranır | 09.01.2009, 10:25 Naxçıvanda ağlasığmaz işgəncə | 08.01.2009, 12:36 Referendum nədir? | 08.01.2009, 12:34 Şeyxin Irana görə narahatçılığının əsası varmı? | 08.01.2009, 12:33 “Necə qan ağlamasın daş bu gün” | 08.01.2009, 12:25 Müsavat referenduma qarşı təşviqat qrupu yaratdı | 08.01.2009, 12:21 Atamın arzuları | 08.01.2009, 12:19 Qaz böhranı NABUKKO-ya diqqəti artırır | 08.01.2009, 12:14 “Nazirliyin heç bir işçisi radionun ofisinə getməyib” | 08.01.2009, 12:12 «Yeni Müsavat»ın əməkdaşı döyüldü | 08.01.2009, 12:10 Rusiya öz ərazisini “təmizləyir” | 08.01.2009, 12:08 “Akkord”un maliyyə durumunda problem var? | 08.01.2009, 12:05 Özünü və doğmalarını fəda etməyi bacaranlar | 08.01.2009, 12:02 “Hakimiyyət cəmiyyəti özünə qarşı birləşdirdi” |
|
|
|
|
| |
|
|
| |
|
|
|
|
|
|
| |
|