| 08 Yanvar 2009 20:13 |
"Reket qəzetlər" problemi həllini tapmır
"Bir tərəfdən, ictimai qınağı, digər tərəfdən isə inzibati təsir mexanizmlərini işə salmaqla "reket mətbuat"ın əl-ayağını yığışdırmaq olar"
Mətbuat Şurası (MŞ) "reket qəzet"lərin siyahısını açıqlayıb. MŞ-dən verilən məlumata görə, 2008-ci ildə 36 qəzet "reket" elan olunub. Həmin qəzetlərdən bəzilərinin barəsində olan məlumatların hüquq-mühafizə orqanlarında araşdırılması da tövsiyə edilib. Bunlar "Naxçıvan press", "İdeal", "Kriminal aləmi", "Radikal", "Avrotayms", "Taran", "Xüsusi təhqiqat" və "Media Azərbaycan" qəzetləridir.
Amma "reket mətbuat orqanları" ilə effektiv mübarizənin hansı formada aparılması sualı hələ də cavabsız qalır.
Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev "reket qəzet"lərin meydana çıxmasını normal jurnalistikanın olmamasıyla əlaqələndirdi. |
Gürcüstanda soydaşlarımızın dərdləri öyrənilib
Nəsib Nəsibli: "Kvemo-Kartlinin qubernatoru torpaq bölgüsündəki ədalətsizliyi etiraf etdi, Bolnisidəki kənd adlarının bərpa olunacağına söz verdi"
Yanvarın 5-də bir qurp millət vəkili və ziyalı Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə olublar. Qrupa millət vəkilləri Gültəkin Hacıbəyli, Lalə Abbasova, Musa Quliyev, Nəsib Nəsibli, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, Azərbaycan Universitetinin prorektoru, professor Xaləddin İbrahimli, fizika professoru Hidayət Nuriyev və digər bir neçə nəfər daxil olub. Bu barədə bizə məlumat verən Nəsib Nəsibli dedi ki, yanvarın 5-də Marneulidə ümumi görüş keçirilib. Həmin görüşə Gürcüstandan iki deputat və prezident Mixail Saakaşvilinin iki köməkçisi qatılıb. Görüşdə bildirilib ki, azərbaycanlı deputatlar və ziyalılar Gürcüstandakı soydaşlarımızın vəziyyətləriylə tanış olmaq, problemlərini öyrənmək üçün gəliblər.
Avropalılar təşviş içindədir
Qərbdə "Nabucco" layihəsi xilas yolu kimi aktuallaşır, Ermənistan isə bu kəmərin öz ərazisindən keçəcəyinə ümid bəsləyir
Rusiya və Ukrayna arasında yaranmış qaz böhranından narahatçılıq və təşviş keçirən avropalılardır. Rusiyadan qaz alan Avropa ölkələrinin bəzisində qaz ehtiyatları hər saat tükənir, bəzilərində belə ehtiyatlar da yoxdur. Iaktiki 9 ölkə, xüsusən Balkan ölkələri qazsız qalıblar. Əlavə olaraq 7 ölkədə, məsələn, İtaliya, Frans və Avstriyada qaz təchizatında ciddi problemlər yaşanır. Slovakiya fövqəladə rejimə keçib. Başlıca məqsəd 20 dərəcə mənfi tempraturda xəstəxanaları, məktəbləri və yaşayış evlərini istiliklə təmin etməkdir. Qeyd edək ki, Ukrayna üzərindən gələn rus qazını Avropaya ötürən birinci nasos stansiyası Slovakiyadakı kiçik Velke-Kapuşani şəhərində yerləşir. Hazırda bu stansiya fəaliyyətini dayandırıb. Bütün avropalıların gözü və qulağı da hazırda bu stansiyadadır və səbirsizliklə onun nə vaxt işə düşəcəyini gözləyirlər.
BMT baş katibinin səfəri "alovun üstünə su səpəcək"
"Dünya Qəzzada atəşkəslə yanaşı, "Həmas" və "Əl-fəth" arasında barışıq sazişinin imzalanmasına və Fələstində prezident və parlament seçkilərinin keçirilməsinə çalışır"
İsrail hökuməti və Fələstin muxtariyyatının Mahmud Abbas adminstrasiyası atəşkəs təklifini qəbul ediblər. "Reuters"in verdiyi məlumata görə, bunu Fransa prezidentinin ofisindən bildiriblər. "Associated Press" agentliyinin yaydığı xəbərdə isə atəşkəs planının üç hissədən ibarət olduğu bildirilir. Birinci mərhələdə İsrail və "Həmas" atəşkəs elan edir və uzunmüddətli sülh üçün növbəti addımların atılmasına təminat verirlər. Bu müddət ərzində Qəzzaya humanitar yüklər maneəsiz daxil olur. İkinci mərhələdə İsrail və Fələstin atəşkəsi pozmayacaqları barədə öhdəliyin əks olunduğu sənədi imzalayır. Sənəddə İsraillə və Qəzza zolağı arasındakı sərhədlərin qorunması, buraxılış məntəqəsinin açılması və blokadaya son qoyulması nəzərdə tutulur.
|
|
Azərbaycan Ermənistana hərbi paradla ismarıc göndərib
Aydın Mirzəzadə: "Azərbaycanda yeniləşmiş müxalifətin formalaşdığını müşahidə edirik, radikal müxalifət siyasi səhnədən getməkdədir"
Milli Məclisin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində təmsil olunan Aydın Mirzəzadə bildirir ki, keçən il Azərbaycanda təhlükəsizlik və müdafiə məsələləri bağlı ciddi işlər görülüb. Başlıca olaraq ordu quruculuğuna diqqət çoxalıb. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi böyük təntənəylə qeyd edilib. Ötən il iyul ayının 26-da Azadlıq meydanında hərbi parad keçirilib. Aydın Mirzəzadə bildirdi ki, bu, həm də bütün dünyaya Azərbaycanın hərbi qüdrətinin böyük olduğunu göstərən bir ismarıc idi. Təsadüfi deyil ki, onun əks sədası indiyə qədər regionda işğalçı dövlət kimi tanınan Ermənistanda özünü göstərir.
|