Almaniya Federativ Respublikasının Əsas Qanunu

Allah və insanlar qarşısında məsuliyyətini dərk edən, milli və siyasi birliyini qorumaq və birləşmiş Avropada bərabər hüquqlu üzv kimi bütün dünyada sülhə xidmət əzmilə hərəkət edən Alman xalqı, Baden, Bavariya, Bremen, Hamburq, Hessen, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalis, Şlezviq-Qolişteyn, Vürtemberq-Baden və Vürtemberq-Hoqenzollern əyalətlərində,(1) keçid dövrü üçün, dövlət quruluşunun yeni qaydasını qoymaq məqsədilə, öz konstitusiya təsis etmə səlahiyyətinə əsaslanaraq, Almaniya Federativ Respublikası Konstitusiyasını qəbul etmişdir.


