Yazar: rahib699 @ Fevral 6, 2008 0:43
Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Onların arasından Dəclə və Fərat kimi böyük çaylar axır. Bu çayların hər ikisi öz başlanğıcını Qafqazdan cənubda olan dağlardan götürür və İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür.
Davamı...
Yazar: rahib699 @ Yanvar 30, 2008 2:03
Ağalar Məmmədov
“Fəsəfə”qədim yunan dilində “filosofia” sözündən bizim dilə daxil olmuşformasıdır. ”Flio” filein (sevmək), “sofia” sofon (anlamaq) sözündəndir.Fəlsəfə yola, filosof bu yolu gedən yolçuya bənzəyir.Filosof heç bir cavaba ehtirasla bağlanmır, heç bir cavaba sitayiş etmir.Əksinə, o, daim köhnə suallara yeni cavab axtarır, köhnə cavablara yeni-yeni suallar qaldırır.Fəlsəfədə nöqtə yoxdur, vergül var.Bu fəlsəfəni dindən fərqləndirən mühüm cəhətlərdən biridir.Əgər dində cavablar müqəddəsdirsə, fəlsəfədə əksinə, sual müqəddəsdir.