İnsan kimdir? nədir?
İnsan həmişə özünü dərk etməyə çalışmışdır. Həmişə bu barədə dü¬şünmüş, ağlına gələn suallara cavab axtarmışdır. Bu suallar içərisində ən geniş yayılanı isə budur: İnsan kimdir, nədir? Nə üçün insan əbədi yaşamır, dünyaya gəlir və gedir? İnsan haradan gəlir, haraya gedir? Nə üçün gəlir, nə üçün gedir?


