"Koroğlu" eposunun yaranması
Eposun meydanagəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən alimi B.A.Karrıyevin gətirdiyi dəlillər bizdə və başqa ölkələrdə irəli sürülən qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, E.Muşeq, A.Təbrizi, Ö.Çələbi, İ.Şopen, A.Xodzko, S.S.Penn, İ.Petruşevski, H.Samuelyanın və b. Koroğlu haqqında söylədiklərinə onun tədqiqatında daha geniş şərh verilmiş, bu səbəbdən də tarixi məxəzlərdən gətirdiyi statlar sonralar dərslikləri bəzəmişdir.


