MARSIN SİRLƏRİ

MARSIN SİRLƏRİ
NASA tədqiqatçılarının bir qrupu yenidən iddia ediblər ki, Marsı hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil.
NASA-da Marsın tədqiqi ilə uzun illər məşğul olan və beynəlxalq aləmdə kifayət qədər tanınan tədqiqatçıların bir qrupu yenidən iddia ediblər ki, bu sirli planet səthində müşahidə olunan proseslər təbii yollarla baş verir və onu hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil. Lakin Mars səthində baş verənlərin təbii proseslərlə əlaqələndirilməsi NASA-dakı digər bir qrup tədqiqatçı tərəfindən qəbul edilmir.


