Reklam verin!

Sufizm

Yazar: rahib699 @ Mart 10, 2008 2:10

                         SUFİZM DÜNYA MƏDƏNİYYƏTİNİN FENOMENİ KİMİ 

Sufizm İslam bölgəsinin özünəməxsus fəlsəfi təliminə malik olan çox geniş yayılmış cərəyanlarından biridir. Həmin cərəyanın fəlsəfənin mahiyyəti - mistik məhəbbət yolu ilə Allahı Yaradan və yaradılmışların vəhdəti kimi dərk etməkdir. Hər şeydən əvvəl ümumbəşəri dəyər, ümid və iddiaların daşıyıcısı olan sufizmin prinsiplərinin universallığını qeyd etmək zəruridir. Həqiqətlə eyniləşdirilmiş Allahın axtarışı, varlığın gizli sirlərini dərk etmə iddiası, öz “mən”indən imtina edərək Allaha vəhdətə can atma, öz “mən”ini Onun “Mən”ində tapmaq ümidi, özünüdərk və kamilləşmə yolu ilə vəhdətə, cəmiyyətdə isə ədalət, ahəng yaratmağa nail olmaq inamı və bütün deyilənlərin reaşlaşma metodikasının (yollarının) düşünülməsi və təklifi sufizmin Şərq və Qərbin əsrlər boyu mövcud olmuş çoxsaylı fəlsəfi cərəyanları ilə mənəvi yaxınlığını göstərir. 

Davamı...


  Yazılar cəmi: 1