YERİN DAXİLİ NÜVƏSİ DAHA SÜRƏTLƏ FIRLANIR

"Alimlər yerin daxili nüvəsinin səthindən daha sürətlə fırlandığını isbat etdi."
Geofiziklərdən ibarət bir araşdırma qrupu tərəfindən Science jurnalında dərc edilmiş məlumatlara görə, Aydan daha böyük və sərt dəmirdən ibarət Yer kürəsinin top formasındakı daxili nüvəsi planetin qalan qismindən daha sürətlə fırlanır. Bu tezis ilk dəfə 1996-cı ildə meydana çıxmışdı, ancaq isbat edilə bilməmişdi.


